“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Labirintdən çıxış- travma psixoloqlarının hazırlanması” layihəsini sona çatdırıb.
Bizim.Media xəbər verir ki, layihənin hazırlıq mərhələsinə 2022-ci il yanvardan start verilib. Təşkilat üç ali təhsil müəssisəsinə məlumat ünvanlayaraq psixologiya ixtisası üzrə sonuncu kursda təhsil alan tələbləri layihəyə cəlb edib.
Layihə iki qrup arasında- uşaqlara və 18 yaşdan yuxarı şəxslərə yardım göstərəcək travma psixoloqları hazırlanmasını nəzərdə tuturdu.
Hər qrup üçün 10 gün, ümumilikdə 20 gün təlim keçirilib. Əlavə 5 gün isə praktika dövrünü əhatə edib. 3 ay davam edən təlimlərdə 30 nəfər kursu başa çatdırıb.
Layihə Bakı şəhərində “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin ofisində icra olunub.
Layihənin sonunda iştirkaçılar sertifikatlarla təltif ediliblər. Sertifikatların təqdimatı mərasimində, aparılan müzakirələrdə müəyyən edilib ki, iştirakçılar artıq əldə etdikləri bilik və təcrübəni həssas qruplara xidmətdə tətbiqə başlayıblar.
Bölgə əhalisinin bu xidmətə ehtiyacı xüsusilə diqqətə çatdırılıb. Müzakirələr zamanı təlim keçmiş psixoloqların öz şəbəkəsini yaradaraq, həssas qruplara könüllü xidmətə başlaması təklifi səsləndirilib.
Layihənin nəticəsi olaraq, təlim keçmiş mütəxssislərlə bağlı məlumatlar DİN-in İnsan Alverinə Qarşı mübarizə Baş İdarəsinə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, ƏSSMN yanında Sosial Xidmət Agentliyinə, Respublika QİÇS-lə Mübarizə Mərkəzinə, həssas qruplarla işləyən QHT və ərazi üzrə İcra Hakimiyyətinə göndərilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:17 / 25.04.2022
30 travma psixoloqu hazırlanıb - FOTO
Hazırda oxunan: 30 travma psixoloqu hazırlanıb - FOTO
Hazırda oxunan: 30 travma psixoloqu hazırlanıb - FOTO
71274
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.