Bu gün kolleclərə sənəd qəbulu başa çatır

Bu gün kolleclərə sənəd qəbulu başa çatır

Hazırda oxunan: Bu gün kolleclərə sənəd qəbulu başa çatır

71257

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu 2022-ci il 25 aprel saat 23:59-da başa çatacaq.

Bu barədə Bizim.Media-ya Dövlət İmtahan Mərkəzindən xəbər verilib.

Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə daxil olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurur və ərizəni təsdiq edirlər.

Sənəd qəbulu haqqında elanın tam mətni ilə buradan tanış olmaq mümkündür.

25 aprel saat 10:00-a olan məlumata əsasən 35830 (Azərbaycan bölməsi - 34848; rus bölməsi - 982) abituriyent ərizəsini təsdiq edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO