AMEA-nın Ümumi yığıncağında xaricdə yaşayan azərbaycanlı alimlər iştirak edəcək - FOTO

AMEA-nın Ümumi yığıncağında xaricdə yaşayan azərbaycanlı alimlər iştirak edəcək - FOTO

Hazırda oxunan: AMEA-nın Ümumi yığıncağında xaricdə yaşayan azərbaycanlı alimlər iştirak edəcək - FOTO

71035

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Bizim.Media xəbər verir ki, iclasda AMEA-nın prezidenti vəzifəsini icra edən, akademik Arif Həşimov və Rəyasət Heyətinin digər üzvləri iştirak ediblər.

Tədbiri akademik Arif Həşimov giriş sözü ilə açaraq yığıncağın gündəliyi barədə məlumat verib. Daha sonra iclasda bir sıra elmi-təşkilati məsələlər müzakirə olunub.
Müzakirəyə çıxarılan ilk məsələ AMEA-nın 27 aprel 2022-ci il tarixində keçiriləcək Ümumi yığıncağına hazırlıq haqqında olub. 

Ümumi yığıncaqda AMEA-nın 2021-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti ilə bağlı elmi bölmələrinin hesabatı dinləniləcək, həmçinin tədbir çərçivəsində AMEA-nın elmi müəssisə və təşkilatlarında əldə olunan nailiyyətləri əks etdirən Akademiyanın elmi nailiyyətlərinin sərgisinin açılışı olacaq və 3 gün ərzində, aprelin 29-dək gələn qonaqlar üçün nümayiş etdiriləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO