Nazirlik 4 mindən çox şəxsi özünüməşğulluğa cəlb etdi

Nazirlik 4 mindən çox şəxsi özünüməşğulluğa cəlb etdi

Hazırda oxunan: Nazirlik 4 mindən çox şəxsi özünüməşğulluğa cəlb etdi

71005

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramı iştirakçılarına aktivlərin paylanması prosesi davam edir.

Nazirlikdən Bizim.Media-ya verilən xəbərə görə, Gəncə şəhəri və ətraf rayonlarda özünüməşğulluq proqramı iştirakçılarından daha 74 nəfəri seçdikləri biznes istiqamətlərinə uyğun aktivlərlə təmin olunub.

Beləliklə, həmin bölgədə bu ilin əvvəlindən aktivlərlə təmin edilən şəxslərin sayı artıq 400-ə çatıb.

Onlar verilmiş aktivlər üzrə öz kiçik biznes sahələrini (döşəmə və parket cilalanması xidməti, PVC qapı və pəncərə hazırlanması sexi, un məmulatları istehsalı, dəmirçi sexi, qadın gözəllik salonu və s.) yaradıblar.
Ümumilikdə cari ilin I rübü ərzində Agentlik tərəfindən 4,1 min nəfər işsiz və işaxtaran şəxs özünüməşğulluq proqramına cəlb edilib.

Həmin şəxslər əvvəlcə təlimlərə qatılır, qiymətləndirmədən keçir və aktivlərlə təmin olunurlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO