ABŞ-ın Bakıdakı səfirliyi bu ay rəsmi olaraq “Hava Keyfiyyətinin Monitorinqi Proqramı”na (AQMP) start verəcək.
Bizim.Media ABŞ səfirliyinə istinadən xəbər verir ki, AQMP-yə ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyi (EPA) tərəfindən sertifikatlaşdırılmış ölçmə aləti (MET One BAM 1020), real vaxt rejimində hava keyfiyyəti indeksi vebsaytı və səfirliyin vebsaytına yerləşdirilmiş məlumat daxildir.
AQMP davamlı olaraq səfirlikdən kənarda havadakı incə hissəciklərin (PM2.5) səviyyəsini izləyərək qeyd edəcək və toplanmış məlumatları davamlı şəkildə EPA tərəfindən yaradılmış “Hava Keyfiyyəti İndeksi” (AQI) şkalasına çevirəcək.
Bu məlumat ictimaiyyət üçün açıqdır və yerli səhiyyə nümayəndələri və Azərbaycan hökuməti də daxil olmaqla bütün Bakı sakinlərinin faydalanması üçün nəzərdə tutulub.
ABŞ-ın 30-dan çox ölkə və 50-dən çox şəhərində səfirliklər və konsulluqlar çirklənmə səviyyəsini izləyir, havanın keyfiyyəti ilə bağlı məlumatları yayır.
ABŞ tərəfindən yerləşdirilən məlumatları Dövlət Departamenti EPA-nın “AirNow” platformasında həftənin yeddi günü, günün isə 24 saatı əldə etmək olar.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
19:31 / 22.04.2022
ABŞ-dan Bakıya xüsusi cihaz gətirildi - GÖRÜN NƏYƏ NƏZARƏT EDİR...
Hazırda oxunan: ABŞ-dan Bakıya xüsusi cihaz gətirildi - GÖRÜN NƏYƏ NƏZARƏT EDİR...
Hazırda oxunan: ABŞ-dan Bakıya xüsusi cihaz gətirildi - GÖRÜN NƏYƏ NƏZARƏT EDİR...
70980
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.