Ən çox aldadılan BÜRCLƏR – Bu 6 sadəlövh kimdir?

Ən çox aldadılan BÜRCLƏR – Bu 6 sadəlövh kimdir?

Hazırda oxunan: Ən çox aldadılan BÜRCLƏR – Bu 6 sadəlövh kimdir?

70960

İnsanlar doğulduğu bürclərə görə, xarakterə sahib olur. Bəziləri aldadır, bəziləri aldanır. Bu xarakter məsələsidir. Xarakter isə, bürclərə uyğun formalaşır.

Bizim.Media ən çox aldadılan bürcləri təqdim edir:

Buğa

Sevdiyi zaman son dərəcə israrlı olan Buğa bürcünün gözü, sevdiyindən başqa heç kimi görməz. Birinə aşiq olduğu zaman onu xoşbəxt edə bilmək üçün əlindən gələni edər, hər şeyindən keçər. Buğalar sevdikləri zaman həqiqətləri görə bilməz - "kor" olarlar. Sevdiyini itirməmək üçün hər şeyi edə biləcəkləri üçün pis bir münasibəti də davam etdirməyə can atarlar. Bu da aldadılması ilə nəticələnər.

Şir

Şir bürcünün özünə olan inamı çox zaman səhv yola düşməsinə səbəb ola bilər. Çox zaman Şir bürcü özünü olduğundan daha üstün hesab edər. Buna görə də ondan daha yaxşılarının olduğunu qəbul edə bilməzlər. Onlara elə gəlir ki, əvəzedilməzdilər. Belə düşündükləri üçün, reallığı görmədikləri üçün çox aldanırlar. Aldadıldığını bilən zaman çox gec olur.

Qız

Bəli, gözəl ürəkli Qız bürcü də aldadılır. Qız bürcü sevdiyi zaman hər şeyi münasibətinə qurban edə bilir. Həyatı nizamlı sevən Qızlar, çox zaman münasibətində monotonluq yaradır. Bu vəziyyət isə, partnyorunun yeni axtarışlara başlamasına səbəb olur. Beləcə, Qız aldanır. Həyat düzəni pozulmadığı müddətdə, Qız bürcü hər şeyin yolunda getdiyini düşünür.

Dolça

Dolça bürcü üçün ailə önəmlidir. Yeniliyi sevən bürclərdən olan Dolça, ənənəvi olanı sevir və davam etməsinə çalışar. Yeni axtarışlarda, yeni kəşflər arxasınca qaçdığı üçün münasibətində yolunda olmayan tərəflərin düzəltməyə çalışmır, həyatı axışına buraxır. Axışına buraxmaq isə, Dolçanın aldadılması ilə nəticələnir. Dolça biganəliyinə, laqeydliyinə görə aldanır.

Xərçəng

Xərçəng bürcü evindən bir az kənara çıxmağı yoxlasa, daha çox şey öyrənə bilər. Ancaq xərçənglər, gizli qalmağı sevirlər. Xərçəngin ətrafa maraqlı parntyoru varsa, bir müddət sonra onun evə bağlılığı partnyorunu boğa bilər. Xərçəngdən bezən partnyoru, yeni eşq axtarışına çıxa bilər.

Oğlaq

Oğlaq bürcü, adətlərinə bağlı və qaydalara əməl edən biridir. Yaşadığı cəmiyyətin qaydalarına uyğunlaşmağa çalışar. Əgər kənardan görünən hər şey Oğlaqın istədiyi kimidirsə, başqa detallarla beynini yormaz. Sevdiyini etiraf etməkdə çətinlik çəkən Oğlaq, partnyoruna maddi baxımdan yaxşı baxır. Bu da münasibətin həyəcanını öldürər. Partnyoru daha həyəcanlı eşqlərin arxasınca qaçar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO