Aprelin 22-də Heydər Əliyev Mərkəzində “Gəlin birgə oxuyaq!” şüarı altında “Oxu günü” keçirilib.
Bizim.Media xəbər verir ki, Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi və “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə 4-cü dəfə keçirilən “Oxu Günü” uşaq və gənclərin elmə, təhsilə, eyni zamanda kitaba marağının artırılması, onların dünyagörüşünün inkişaf etdirilməsi məqsədi daşıyır.
Bakı Kitab Mərkəzi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi və Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının tərəfdaşlığı ilə reallaşan tədbirdə ümumtəhsil məktəb və liseylərin şagirdləri müxtəlif təqdimatlarla çıxış edib.
“Oxu günü” həm də iştirakçılara bədii-elmi kitabların sərgisində yeni nəşrlərlə tanış olmaq, şair və yazarlarla görüş, ustad dərslərində iştirak, interaktiv yarışlarda biliklərini sınamaq imkanları yaradır.
Tədbirdə şagirdlər görkəmli Azərbaycan ədiblərinin obrazlarını və məşhur əsərlərdən personajları canlandırıb, müxtəlif əsərlər əsasında səhnəciklər təqdim olunub, əlyazma kitabların hazırlanması, xəttatlıq sənəti və digər mövzularda ustad dərsləri təşkil edilib, kitabların müzakirəsi keçirilib, kitablarla fleşmob, xoreoqrafik etüdlər nümayiş etdirilib.
“Oxu günü”ndə müxtəlif kitablar, o cümlədən Heydər Əliyev Fondunun nəşrləri də sərgilənib.
Məktəblilərin intellektual səviyyəsini yoxlamaq üçün ümumi dünyagörüşü və bədii ədəbiyyat sahəsini əhatə edən viktorina keçirilib. Suallara düzgün cavab verən şəxslərə kitablar və müxtəlif hədiyyələr təqdim olunub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:20 / 22.04.2022
Heydər Əliyev Mərkəzində keçirilən “Oxu günü”ndən FOTOLAR
Hazırda oxunan: Heydər Əliyev Mərkəzində keçirilən “Oxu günü”ndən FOTOLAR
Hazırda oxunan: Heydər Əliyev Mərkəzində keçirilən “Oxu günü”ndən FOTOLAR
70952
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.