İcra Hakimiyyəti başçılarının vətəndaşlarla görüşməsi, onların problemləri ilə maraqlanması vəzifə öhdəliklərindən biri olsa da, belə görüşlərin əks-sədası bəzən bu tədbirlərin gözdən pərdə asmaq xarakteri daşıdığını üzə çıxarır.
Bizim.Media xəbər verir ki, belə səyyar görüşlərdən biri də bu günlərdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun iştirakı ilə keçirilib.
Tədbir İsmayıllı rayonunun Ruşan kəndində baş tutub. Amma görüş əsnasında çəkilən fotolar yayımlandıqdan sonra sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub.
Yayılan fotolardan görünür ki, məmurlar başçının çıxışı boyu zalda mürgüləyiblər. Belə başa düşülür ki, çıxışın mətni yuxulamaq üçün çox əlverişli olub. Həmçinin məmurların yaşlarını da nəzərə alsaq, yuxuya getməklərinə hardasa haqq vermək olar...
Bəs belə fotoların İcra Hakimiyyətinin rəsmi səhifələrində paylaşılmasına nə ad vermək olar?
Digər diqqət çəkən nüans isə sakinlərin öndə deyil, arxada əyləşdirilməsidir. Burada söhbət vətəndaş qəbulundan gedirsə, niyə məmurlar ön cərgədə əyləşib icra başçısı ilə sakinlər arasında Çin səddi yaradıblar?
Görünən odur ki, köhnə məmurlar daha cavan, enerjili şəxslərlə əvəz edilsə də iş metodunda dəyişiklik hələ də köhnə olaraq qalmaqdadır.
Səkinə Yusibli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:17 / 22.04.2022
İsmayıllı İcra başçısının çıxışı zamanı məmurları niyə yuxu aparıb? - FOTO
Hazırda oxunan: İsmayıllı İcra başçısının çıxışı zamanı məmurları niyə yuxu aparıb? - FOTO
Hazırda oxunan: İsmayıllı İcra başçısının çıxışı zamanı məmurları niyə yuxu aparıb? - FOTO
70896
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.