Rafael Cəbrayılovun qardaşı məhkəmə zalında həbs olundu

Rafael Cəbrayılovun qardaşı məhkəmə zalında həbs olundu

Hazırda oxunan: Rafael Cəbrayılovun qardaşı məhkəmə zalında həbs olundu

70894

Sabiq deputat, həbsdə vəfat etmiş Rafael Cəbrayılovun qardaşı Elşən Cəbrayılov barəsində məhkəmə qərarından apellyasiya protestinə baxılıb.

Bizim.Media xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Habil Məmmədovun araşdırdığı şikayətlərlə bağlı qərar elan olunub.

Qərara əsasən, prokurorun verdiyi protest təmin olunub. Elşən Cəbrayılov barəsində 1 aylıq həbs qətimkan tədbiri seçilərək, məhkəmə zalında həbs edilib.
Xatırladaq ki, Elşən Cəbrayılov aprelin 11-də vətəndaşların şikayəti əsasında Nərimanov Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulub.

Vətəndaşlar şikayətində qeyd ediblər ki, aldıqları mənzillər E.Cəbrayılov tərəfindən başqa şəxslərə də satılıb. Nərimanov Rayon Polis İdarəsinin İstintaq İdarəsində onunla bağlı Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) cinayət işi başlanılaraq həbs-qətimkan seçilməsi üçün məhkəməyə təqdimat verilib.

Nərimanov rayon Məhkəməsində keçirilən iclasda təqdimat təmin edilməyərək, Elşən Cəbrayılov məhkəmə zalından azadlığa buraxılıb. (APA)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO