Planlı peyvəndləmədən kənarda qalan uşaqların siyahısı hazırlanır

Planlı peyvəndləmədən kənarda qalan uşaqların siyahısı hazırlanır

Hazırda oxunan: Planlı peyvəndləmədən kənarda qalan uşaqların siyahısı hazırlanır

70874

"Səhiyyə naziri Teymur Musayevin imzaladığı sənədə əsasən, ölkənin tibb idarə və müəssisələrinin rəhbərlərinə müvafiq tapşırıqlar və tövsiyələr verilib. Hazırda uşaqlar arasında profilaktik peyvəndlər nazirlik tərəfindən təsdiq olunmuş Milli Peyvənd Təqviminə əsasən həyata keçirilir".

Bizim.Media xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena Epidemiologiya Mərkəzinin şöbə müdiri Aygün İsmayılova bildirib.

Onun sözlərinə görə, yaşadığı ərazi üzrə poliklinikalarda 2 aylığından 6 yaşa qədər uşaqlar sahə həkimi tərəfindən müayinədən keçərək, onların təqvimə uyğun profilaktik peyvəndlənmələri aparılır:

"İmmunlaşdırma sayəsində hər il milyonlarla uşaq ciddi xəstəlik və ölümdən xilas olunur. Azərbaycanda qəbul olunmuş peyvənd təqviminə uyğun olaraq, uşaqları əhatə edən 11 yoluxucu xəstəliyə qarşı planlaşdırılmış peyvənd tədbirləri həyata keçirilir. Ölkə ərazisindəki vaksinasiya işi ilə məşğul olan tibb müəssisələri vaksin və peyvənd materialları ilə tam təmin edilir.

Eyni zamanda, Gigiyena və Epidemiologiya Mərkəzləri (GEM) tərəfindən mütəmadi olaraq peyvənd işi və soyuq zəncir sisteminə nəzarət olunur.
Ümumilikdə respublika üzrə immunoprofilaktika tədbirlərinin kifayət qədər səmərəli səviyyədə həyata keçirilməsinə baxmayaraq, 2021-ci ilin yekunlarına əsasən, Yevlax, Yardımlı, Ucar, Göygöl, Qobustan, İmişli rayonlarında və Mingəçevir, Naftalan şəhərlərində yerinə yetirilmə göstəricisinin aşağı olması müşahidə olunub. Bu səbəbdən həmin rayon və şəhərlərdə Respublika GEM-nin mütəxəssisləri tərəfindən “İmmunlaşdırma həftəsi” çərçivəsində ÜST-nin dəstəyi ilə monitorinq və treninqlərin keçirilməsi nəzərdə tutulub".

Aygün İsmayılova deyib ki, tibb müəssisələrində vaksin və peyvənd materiallarının tam təminatı təşkil edilir:

"“İmmunlaşdırma həftəsi” zamanı peyvəndlərin vacibliyi və təhlükəsizliyi barədə davamlı olaraq əhali qrupları maarifləndiriləcək. COVID-19 infeksiyasına görə epidemioloji vəziyyət nəzərə alınaraq, uşaqların immunlaşdırması növbəlilik əsasında olunması nəzərdə tutulur.
Müəyyən müddət ərzində müxtəlif səbəblərdən peyvəndlənmədən kənarda qalan uşaqların planlı vaksinasiyaya cəlb olunması “İmmunlaşdırma həftəsi”nin əsas məqsədlərindəndir.

Kampaniya çərçivəsində hər bir tibb müəssisəsi tərəfindən onların siyahıları hazırlanılır və immunlaşdırmaya cəlb olunması planlaşdırılır". və bukletlərin paylanılması, həmçinin kütləvi informasiya vasitələrində müvafiq məlumatların verilməsi nəzərdə tutulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO