Bədduası tutan BÜRCLƏR – Kimin ahını almaq olmaz?

Bədduası tutan BÜRCLƏR – Kimin ahını almaq olmaz?

Hazırda oxunan: Bədduası tutan BÜRCLƏR – Kimin ahını almaq olmaz?

70809

“Alma məzlumun ahını, çıxar ahəstə-ahəstə” ən çox istifadə olunan deyimlərimizdən biridir. Bəzən bunun həqiqətən reallaşdığının da şahidi oluruq.

Maraqlısı budur ki, bəzi bürclərin bədduaları daha təhlükəlidir. Onlar bu yolla intiqamlarını almağı bacarırlar.

Bizim.Media bədduası gerçəkləşən bürclərin siyahısını təqdim edir:

1. Dolça

Siyahının ilk pilləsində qərarlaşan dolçalar nadir hallarda bəddua etsələr də, etdikləri zaman həmin şəxsin həyatını cəhənnəmə çevriməyi bacarırlar. Onları incitmək çətin olduğu üçün çox bəddua etmirlər. Etdikdə isə... Bu səbəbdən dolçaların ahını almamağa diqqət etmək lazımdır.

2. Qız

Qızlar birinə qarşı kin bəslədikdə bədduaların ardı-arasını kəsmirlər. Bütün ahlarını üzə çıxarırlar və ağıllarına gələn bütün pislikləri düşmənlərinə arzulayırlar. Xüsusilə də, romantik münasibətdə qəlbləri qırılarsa, qızların bəddualarından yaxa qurtarmaq müşkül məsələdir.

3. Əqrəb

Səbrli və təmkinli olmaları ilə ön plana çıxsalar da daxili hiyləgərlikləri də xeyli güclüdür. Asanlıqla əsəbişləşmirlər, bu baş verdikdə isə sakitləşdirmək çətin məsələdir. Əqrəblərin tərk edildikləri, aldadıldıqları zaman ilk silahları bəddualarıdır.

4. Xərçəng

Emosional və əsəbi xərçənglərin də bəddua əsas silahlarından biridir. Onlar kiçik incikliklərə emosional reaskisya versələr də, qəlbləri qırılarsa yalnız bəddua etməyi seçəcəklər. Ona görə də, xərçənglərin də ahını almamağa çalışın.

5. Şir

Qəlbləri qırıldıqda qarşısındakı üçün ən böyük cəzanın onu özündən məhrum buraxmaq olduğunu düşünən şirlərin ikinci silahı bəddualarıdır. Onların bədduaları yavaş-yavaş qəbul olur və qarşısındakının həyatını zindana çevirir.

6. Oğlaq

Kin saxlayan və heç vaxt ona ediləni unutmayan oğlaqlar səbrli olduqları üçün aqressiv reaksiya vermir və bəddua etməyə üstünlük verirlər. Onlar da az-az qarşsındakı şəxsə pislik arzu etsələr də, istədikləri qısa müddət ərzində qəbul olur.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO