Şair Əjdər Ol yüngül cəza istəyir - Dəyən ziyan TAM ÖDƏNİLİB

Şair Əjdər Ol yüngül cəza istəyir - Dəyən ziyan TAM ÖDƏNİLİB

Hazırda oxunan: Şair Əjdər Ol yüngül cəza istəyir - Dəyən ziyan TAM ÖDƏNİLİB

70782

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq aparat rəhbəri Əjdər Cəbiyev (Əjdər Ol) Bakı Ağır Cinayətlər Məhkəməsinin barəsində olan hökmündən narazıdır.

Bizim.Media xəbər verir ki, Əjdər Olun vəkili Teymur Baloğlanov APA-ya bildirib ki, cinayət işi üzrə dəymiş ziyanın tam ödənilməsinə, həmçinin mülki iddianın olmamasına baxmayaraq müvəkkili barəsində həddən artıq ağır cəza təyin olunub.

Vəkil qeyd edib ki, bəzi epizodlar üzrə cəzanın çəkilmə vaxtı keçsə də, həmin epizodlarla bağlı cəza şamil olunub. Təqsirləndirilən şəxsin vəkili bunları nəzərə alaraq hökmdən apellyasiya şikayəti verdiyini deyib.
Şikayət ərizəsində Əjdər Ol barəsindəki hökmün dəyişdirilməsi və daha yüngül cəza təyin olunması istənilib.

Xatırladaq ki, Əjdər Cəbiyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs edilib.

İstintaq orqanı tərəfindən toplanmış materiallarla təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə yekun ittiham elan olunub.

Əjdər Ol Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə vəzifə səlahiyyətlərindən sui-istifadə, mənimsəmə və külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Ə. Cəbiyev Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əjdər Ol təxəllüsü ilə tanınan şair-publisistdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO