“May ayında toy etmək olmaz” ermənilərin uydurmasıdır – SÜBUTU sorğu və ekspert RƏYİNDƏ

“May ayında toy etmək olmaz” ermənilərin uydurmasıdır – SÜBUTU sorğu və ekspert RƏYİNDƏ

Hazırda oxunan: “May ayında toy etmək olmaz” ermənilərin uydurmasıdır – SÜBUTU sorğu və ekspert RƏYİNDƏ

70780

May ayına daxil olmağımıza sayılı günlər qalıb. Məhz bu ay yaxınlaşdıqca haqqında deyilən fərziyyələr, hər il yenidən gündəmə gəlir və müzakirə mövzusu olur. Kimi deyir may ayında toy etmək olmaz, uğursuzluq gətirər. 

Sosial şəbəkədə də müzakirə olunan bu mövzu haqda müxtəlif fikirlər var:

Samirə Zeynalova: “May ayı boş aydır, ona görə toy etməyi məsləhət görmürlər”.

Xamid Məmmədli: Fikrimcə, bu məsəl kolxoz dövrünün reallığından irəli gəlir. Köhnə məhsul qurtarır, təzəsi də hələ olmur. Mayda mal-qara, qoyun, quzu bala verən vaxtıdır və kəsmək olmaz. Bir sözlə məhsul qıtlığı olan aydır”

Aytac Carçıyeva: “Həyatyoldaşımla mayda tanış olmuşam, mayda toyum olub, mayda da övlad dünyaya gətirmişəm. Hər şey də qaydasındadır”.

Tanınmış sosioloq Əhməd Qəşəmoğlu Bizim.Media-ya açıqlamasında may ayı haqqında dolaşan söhbətlərə aydınlıq gətirib. Onun sözlərinə görə, bu deyim təkcə Bakıda var, çünki:

“Fikir versəniz rayonlarda - Naxçıvan, Lənkəran, Zaqatalada desən ki, mayda toy etmək olmaz qəribə baxarlar. Amma Bakıda bu əksinədir və yerli sakinlər daha çox mayda toy etmək olmaz sözünü işlədirlər. Bu məsələ ermənilərin uydurmasıdır. Çünki ermənilər 24 apreli özlərinə “soyqırımı” günü elan etdilər və 40 gün yas saxlamağa başladılar. May ayında da hər tərəfə xəbər yaydılar ki, may ayında toy etmək doğru deyil. Beləcə may ayının üzərində xoşagəlməz fikirlər dolaşmağa başladı”.

Sosioloq həmçinin bildirir ki, dində, dini kitablarda belə, may ayı haqqında hər hansı mənfi fikirlər qeyd edilməyib:

“Hətta deyirlər ki, mayda toy etmək dünyaya gələcək körpə üçün təhlükəlidir və uşaq xəstə doğula bilər. Amma tibbi nöqteyi-nəzərdən danışsaq, may ayında toyu olmuş şəxslərin fevral ayında körpəsi olur və bu ay çox yaxşı aydır. Nəsrəddin Tusi kimi dahi şəxsiyyətlər fevral ayında dünyaya gəlib.
Qeyd olunanlar kifayət qədər yanlışdır və dini baxımdan da düzgün hesab olunmur. Dində də may ayının uğursuz olmasıyla bağlı heç nə yazılmayıb”, - deyə Ə.Qəşəmoğlu fikrini tamamlayıb.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO