“Azərsu” smart sayğacları niyə YOXA ÇIXARIR? – Rəsmi AÇIQLAMA

“Azərsu” smart sayğacları niyə YOXA ÇIXARIR? – Rəsmi AÇIQLAMA

Hazırda oxunan: “Azərsu” smart sayğacları niyə YOXA ÇIXARIR? – Rəsmi AÇIQLAMA

70740

Kommunal sahədə smart sayğaclar üstünlük təşkil edir. Bir müddət əvvələ qədər məhz smart sayğacların istifadəsi üçün geniş maarfiləndirmə işləri aparılırdı.

Vətəndaşlar bu sayğacların daha rahat olduğunu görəndən sonra, bu sayğaclara önəm verməyə başladılar. Amma son vaxtlar bu sahədə problemlər ortaya çıxıb və istər qaz, istər işıq, istərsə də suyun  smart tipli sayğacları mexaniki sayğaclarla əvəzlənir.

Bu günlərdə abonentlərdən biri yaşadığı ünvana smart tipli sayğac quraşdırılması üçün "Azərsu" ASC-nin qaynar xətti ilə əlaqə saxlayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Abonentlərin neçə faizi sayğacla təmin edilib? - "Azərsu"dan rəsmi AÇIQLAMA


Qurumdan vətəndaşa bildirilib ki, ölkədə smart sayğaclar olmadığına görə, yalnız mexaniki sayğac quraşdırılması mümkündür. Həmçinin abonentdə deyilib ki, sayğac üçün ödəniş hesab-faktura ilə olunacaq. Smart sayğaclar gələndən sonra isə yenidən müraciət etməklə sayğaclar dəyşiləcək. 

Maraqlıdır, ölkəyə smart sayğacların gətirilməsi niyə dayandırılıb? 

Məsələ ilə bağlı “Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı Bizim.Media-ya açıqlamasında deyb ki, əhali qrup üçün smart tipli sayğacların quraşdırılması artıq bir neçə ildir ki, həyata keçirilmir:

“Əhali qrupuna yalnız mexaniki sayğaclar quraşdırılır. Sıradan çıxan samart kartların, istismara yararsız smart kartlar da dəyişdiriləndə, onların da yerinə mexaniki sayğaclar quraşdırılır. Eyni zamanda yeni sayğaclar da quraşdırılanda mexaniki sayğaclardan istifadə olunur”. 
Səbəbinə gəlincə isə Anar Cəbrayıllı aidiyyəti qurum tərəfindən belə qərar qəbul olunduğunu bildirib. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO