Qubada 300 nəfərə iftar verildi – FOTO

Qubada 300 nəfərə iftar verildi – FOTO

Hazırda oxunan: Qubada 300 nəfərə iftar verildi – FOTO

70716

Quba RİH başçısı Ziyəddin Əliyev iftar məclisi təşkil edib. Tədbirə rayon rəsmiləri, şəhid ailələrinin, aztəminatlı ailələrin nümayəndələri, qazilər, ictimayyət təmsilçiləri, din mütəxəssisləri qatılıb.

Bizim.Media xəbər verir ki, iftarda Ziyəddin Əliyev Ramazan bayramı münasibətilə iştirakçıları təbrik edib, oruclarının Ulu Tanrı tərəfindən qəbul olunmasını, ölkəmizdə və dünyada sülhün hökm sürməsini arzu edib.

İftarda şəhidlərin xatirəsi  bir daha hörmətlə yad edilib. Azərbaycan Prezidenti İlham Əliyevin təltif etdiyi orden və medallar şəhidlərin valideynlərinə təqdim edilib.

2021-ci ilin noyabrında Kəlbəcərdə erməni təxribatı nəticəsində şəhid olan Orxan Cabarovun atası Hətəm Cabarova oğlunun "3-cü dərəcəli Rəşadət" ordeni verilib. Vətən Müharibəsində şücaət göstərən daha 17 şəhidin ailə üzvlərinə Ali Baş Komandanın medalları təqdim olunub.

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO