Gəncədə sinif yoldaşını bıçaqlayan məktəbli saxlanıldı – Tədbir davası

Gəncədə sinif yoldaşını bıçaqlayan məktəbli saxlanıldı – Tədbir davası

Hazırda oxunan: Gəncədə sinif yoldaşını bıçaqlayan məktəbli saxlanıldı – Tədbir davası

70707

Gəncə şəhər Molla Pənah Vaqif adına 8 nömrəli tam orta məktəbdə sinif yoldaşını bıçaqlayan məktəbli qız saxlanılıb.

Bizim.Media “Modern.az”a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş-leytenantı Eşqin Qasımov bildirib.

E.Qasımov deyib ki, sinif yoldaşını bıçaqlamaqda şübhəli bilinən məktəbli qızın yeri hadisədən 1 saat sonra müəyyən edilib:
 

MÖVZU İLƏ BAĞLI:

Gəncədə məktəbli qızlar arasında DAVA - Biri bıçaqlandı - VİDEO


DİN rəsmisinin sözlərinə görə, şagirdlər arasındakı münaqişə keçiriləcək tədbir səbəbindən olub:

"Belə ki, bıçaqlanılan qız məktəb tərəfindən keçirilən tədbirə qatılacaqmış. Sinif yoldaşı həmin tədbirə özünün gedəcəyini bildirərək, onu bıçaqlayıb".

Xəstəxanaya yerləşdirilən məktəblinin vəziyyəti kafi qiymətləndirilir.

Qeyd edək ki,iki gün əvvəl Gəncə şəhərində məktəbli qız sinif yoldaşı olan həmcinsinə bıçaqla xəsarət yetirib. Hadisə Gəncə şəhər Molla Pənah Vaqif adına 8 nömrəli tam orta məktəbdə qeydə alınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO