Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı Xüsusi Komandanlığı ölkəmizdəki quru qoşunların komandolarına təlim keçib.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin "Twitter" hesabında paylaşım edilib.
“Komandonun əsasları kursları” ilə “Dözümlülük təlimləri” çərçivəsində Azərbaycanın beş briqadasında “Uzun məsafəli müqavimət yürüşü” icra edilib.
Təlimin əsas məqsədinin Azərbaycan Ordusunun Əməliyyat (Komando) bölmələrinin döyüş qabiliyyətinin daha da artırmaq olduğu vurğulanıb.
Bizim.Media
Azerbaycan Görev Grubu Komutanlığı koordinatörlüğünde devam eden "Komando Temel Kursları" ile "İdame Eğitimleri" kapsamında, beş Azerbaycan tugayında "Uzun Mesafeli Mukavemet Yürüyüşleri" icra edildi.#MSB pic.twitter.com/PCyFtqdVj0
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) April 20, 2022