Qubada şəhidlərlə bağlı möhtəşəm AKSİYA - FOTO

Qubada şəhidlərlə bağlı möhtəşəm AKSİYA - FOTO

Hazırda oxunan: Qubada şəhidlərlə bağlı möhtəşəm AKSİYA - FOTO

70620

Qubada şəhidlərlə bağlı möhtəşəm aksiya keçirilib. Aksiya Quba Rayon İcra hakimiyyəti və YAP-ın rayon təşkilatının birgə təşkilatçılığı ilə baş tutub.

Bizim.Media xəbər verir ki, 2019-cu ildə yenilənmiş iki zolaqlı Molla Pənah Vaqif küçəsinə 62 şəhidin portreti vurulub.

Bu münasibətlə rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, DTX-nin rayon şöbəsinin və digər hüquq-mühafizə orqanlarının rəsmiləri, şəhid ailələri, ziyalılar həmin küçədə yürüş ediblər.

Yürüş zamanı küçə boyu gecə işıqlandırma dirəklərinə vurulmuş şəhid portretlərinə baxış keçirilib.
Quba RİH başçısı Ziyəddin Əliyev çıxışında bildirib ki, böyük Vaqifin adını daşıyan küçə bir neçə il əvvəl bərbad gündə idi, küçə dar, qaranlıq idi.

Biz bu küçəni abadlaşdırdıq, işıqlandırma sistemini yenilədik, yolu asfaltlayıb genişləndirdik. Qərara aldıq ki, bu küçədəki işıq fənərləri dirəklərinə şəhid portretlərini vuraq. Çünki şəhidlər hamımızın qürur, fəxarət yerimizdir. Onların yolunda nə etsək, azdır. Tarixi Qarabağ zəfərini onlar bizə müjdələdilər".

Rayon rəhbəri bildirib ki, Vaqif küçəsinə  62 şəhidin portreti vurulub:

“Onlardan 51-i Qubanın Vətən Müharibəsi şəhidləri, diğərləri isə Milli Qəhrəmanlarımız  Polad Həşimov, Mübariz İbrahimov, Albert Aqarunov və başqalarının portretləridir”.

Çıxış edən şəhid valideynləri Tünzalə Abdulhəlimova, Söhrab Niftəliyev göstərilən xüsudi diqqətə görə rayon rəhbərliyinə minnətdarlıq ediblər.

Sonra yürüş iştirakçıları Quba şəhidlər Xiyabanını ziyarət edib, şəhid məzarları önünə tər güllər düzüblər.

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO