Azərbaycanda plastik tullantılarla bağlı yeni LAYİHƏ

Azərbaycanda plastik tullantılarla bağlı yeni LAYİHƏ

Hazırda oxunan: Azərbaycanda plastik tullantılarla bağlı yeni LAYİHƏ

70559

Azərbaycanda “Plastik tullantılara qarşı mübarizədə gənclərin rolunun artırılması” adlı yeni layihəyə start verilib. 

Azərbaycan Könüllülər İctimai Birliyindən Bizim.Media-ya verilən məlumata görə, layihə öz işinə eyni adlı forumla aprelin 29-u başlayacaq.

Forum ölkədə plastik tullantılara qarşı birgə mübarizə aparmaq, ətraf mühitin təmizliyinə fikir verməklə ölkənin turizm potensialını daha da artırmaq məqsədilə hökumət və maraqlı tərəflər üçün platforma yaradacaq.

Qeyd edək ki, layihənin məqsədi gənclər arasında ekoloji maarifləndirmə işini genişləndirmək, gəncləri ekologiya sahəsində məlumat daşıyıcısı kimi formalaşdırmaqla onları birgə fəaliyyətə həvəsləndirmək, gəncləri ətraf mühitin qayğısına qalmağa təşviq etməklə asudə vaxtlarının səmərəli keçirilməsinə şərait yaratmaq, həmçinin plastik tullantıların ətraf mühitə və insan sağlamlığına mənfi təsirləri barədə məlumatın artırılması, müvafiq olaraq plastik qabların istifadəsini azaltmaq və qarşısını almaq üçün praktiki yolların tapılması istiqamətində ekoloji tədbirlər keçirməkdən ibarətdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO