Dövlət büdcəsinin icrası haqqında qanun layihəsi bu tarixdə müzakirə ediləcək

Dövlət büdcəsinin icrası haqqında qanun layihəsi bu tarixdə müzakirə ediləcək

Hazırda oxunan: Dövlət büdcəsinin icrası haqqında qanun layihəsi bu tarixdə müzakirə ediləcək

70555

“Mən hələ tam dəqiq deyə bilmərəm ki, Hesablama Palatası tam müstəqil fəaliyyət göstərir. Ancaq müəyyən məsələlərdə şəffaflıq var”.

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin deputatı Vahid Əhmədov parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Hesablama Palatasının 2021-ci ildə fəaliyyəti haqqında” hesabatının müzakirəsi zamanı deyib.

O xatırladıb ki, Hesablama Palatası nəzarət orqanıdır:

“Palata 44 audit yoxlaması aparıb. Eyni məsələləri Hesablama Palatası mənfi hal kimi göstərir. Siz desəniz də, deməsiniz də biz burada problemləri görürük. Pozuntular bu gün də davam edir. Özü də daha pis formada. Biz may ayında dövlət büdcəsinin icrasına baxacağıq”.
“Hesab edirəm ki, Palata dövlət büdcəsinin icrası ilə bağlı məsələlərə ildə üç-dörd dəfə baxmalıdır. Bununla bağlı biz “Hesablama Palatası haqqında” qanuna dəyişiklik də edə bilərik. May ayında isə Milli Məclis büdcənin icrasına baxanda Hesablama Palatası pozuntularla bağlı heç nə edə bilməyəcək. Çünki bu vəsaitlər artıq xərclənib”, - deputat əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO