Bakının bu qəsəbəsində 15 evi qarət etdi

Bakının bu qəsəbəsində 15 evi qarət etdi

Hazırda oxunan: Bakının bu qəsəbəsində 15 evi qarət etdi

70535

Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Bakı şəhər sakini Fərid Dövlətovdan 345 qram marixuana aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, ətrafında aparılan əməliyyat tədbirləri ilə onun daha bir neçə cinayət əməlləri ortaya çıxıb. 

F. Dövlətovun “Mercedes” markalı bir yük avtomobilindən akkumulyator, Kürdəxanı qəsəbəsindəki bir yarımtikilidən 5000 manat dəyərində elektrik naqili, bir mağazadan 720 manat pul, 530 manat dəyərində tütün məmulatı və mobil telefon aksesuarları,  15 evdən və 7 həyətyanı sahədən isə ümumilikdə 9100 manat pul, geyim, məişət əşyaları və təmir-tikinti alətləri, inşaat materialları və su sayğacı oğurlaması da müəyyən olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO