"Oğlum Mərdəli ilə həmişə qürur duymuşam. Fəxr etmişəm ki, ailəmin ilk oğul övladını Vətənin müdafiəsinə göndərmişəm”.
Bu sözləri Bizim.Media-ya Qubanın Qımıl kənd sakini, bir neçə gün əvvəl 20 nəfəri minadan xilas edən Azərbaycan Milli Ordusunun 19 yaşlı əsgəri Mərdəli Aşurovun atası Fərhad Aşurov deyib.
Ata oğlunun bu hərəkəti ilə həqiqətən çox öyünür, fəxr edir. Deyir ki, xəbər birdən gəldi, nə edəcəyimizi, nə deyəcəyimizi bilmədik:
“Ötən gün İctimai Teleiziyanın bölgə müxbiri Ramiz Ramazanov mənə deyəndə ki, sizə gəlirəm, Mərdəlidən şad xəbər var, çox sevindim. Amma bilmədim nə məsələdir? Müxbir gəlib bizə danışdı ki, Mərdəli Kəlbəcərdə 20 nəfəri mina partlayışından xilas edib, daha da qürurlandım. Fərəhləndim ki, nə yaxşı, balam 20 nəfərin həyatını xilas edib. Bundan gözəl nə ola bilər ki? Çox minnətdaram oğluma, 20 həyat xilas edib, 20 evi qaramatdan qoruyub".
Fərhad kişi deyir ki, Mərdəli hərbi xidmətə 2021-ci ilin aprelində gedib. Əsgərlikdə minaaxtaran kurslarda olub, mina axtarmağa çox həvəsi var:
“Minanın yerini bu tapıb, komandiri zərərsizləşdirib. Təbii ki həyəcanlandıq da, qürur da duyduq. Komandirləri də ondan çox razıdırlar. Deyirlər ki, ləzgi balasının əla duymaq qabiliyyəti var, işinin ustasıdır. Nə deyim, Allah qorusun bütün əsgərlərimizi".
Fərhad kişi deyir ki, Mərdəli hərbi xidmətdən sonra orduda qalıb bu sahə üzrə hərbi qulluğunu davam etdrmək fikrindədir.
Aytəkin Alxaslı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:04 / 20.04.2022
Kəlbəcərdə 20 nəfərin həyatını xilas edən əsgərin atası DANIŞDI - FOTO
Hazırda oxunan: Kəlbəcərdə 20 nəfərin həyatını xilas edən əsgərin atası DANIŞDI - FOTO
Hazırda oxunan: Kəlbəcərdə 20 nəfərin həyatını xilas edən əsgərin atası DANIŞDI - FOTO
70512
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.