Qaxda yol polisinin reydində 15 sürücü cərimələndi - FOTO

Qaxda yol polisinin reydində 15 sürücü cərimələndi - FOTO

Hazırda oxunan: Qaxda yol polisinin reydində 15 sürücü cərimələndi - FOTO

70476

Atmosferin nəqliyyatdan atılan zərərli qazlarla çirkləndirilməsinin qarşısının alınması məqsədilə Qax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində hərəkətin intensiv olduğu küçə və yollarda reyd keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, reyd zamanı 60-dək avtomobil saxlanılaraq xüsusi cihazlar vasitəsilə onlardakı zərərli qazların miqdarı yoxlanılıb.

Yoxlama zamanı bəzilərinin atmosferə normadan artıq tullantı ixrac etdiyi müəyyən olunub.

Həmin avtomobillərin sahibləri ilə yol polisi əməkdaşları izahedici söhbətlər aparıb və standartlara cavab verməyən 15 nəqliyyat vasitəsinin sürücüsü barəsində inzibati qaydada tədbir görülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO