“Rəhbərliyimizə minnətdaram ki, maaşımızı kəsmədi” - Zəhra Bədəlbəyli

“Rəhbərliyimizə minnətdaram ki, maaşımızı kəsmədi” - Zəhra Bədəlbəyli

Hazırda oxunan: “Rəhbərliyimizə minnətdaram ki, maaşımızı kəsmədi” - Zəhra Bədəlbəyli

7047

2020-ci-ildə ölkəmizin bir çox sənət adamları, yaradıcı insanları qarşılarına qoyduqları layihələri koronavirus səbəbindən sonadək həyata keçirə bilməyiblər. Belə insanlardan biri də şairə, prodüser Zəhra Bədəlbəylidir.

O, Bizim.Media-ya açıqlamasında bu il yarımçıq qalan layihələrindən danışdı.

Prodüser 2020-ci ildə planlarının çox dəyişdiyini bildirdi:

''İlin əvvəlində istəyirdim ki, daha çox konsertlər təşkil edim, mahnılar oxuyum. Lakin vəziyyət elə gətirdi ki, sosial layihələr həyata keçirdik. Birinci sərt karantində aztəminatlı ailələrə "Dəstək qutu"su layihəsi ilə kömək etdik. Onlayn olaraq Elvin Qəniyev və  Ceyla Seyidova ilə duetlər etdim, sonra səyahətlərim alınmadı''.

''Mən ildə ən azı 3 dəfə harasa gedirdim, bu il alınmadı. İnanıram ki, 2021-ci ildə gedəcəm.  Bu ili ona görə unutmayacağıq ki, müharibə və qazanılan zəfər bizə inanılmaz  oldu. Kədərli və sevincli günlər yaşadıq. Mənə hələ də zəfər qazanmağımız nağıl kimi gəlir. Şuşaya getməmişəm, amma 2021-ci ildə mütləq gedəcəm. Orda da layihələr reallaşdıracam''.

Zəhra Bədəlbəyli 2021-ci il mart ayının əvvəllərində ölkəmiz üçün xüsusi əhəmiyyət kəsb edən beynəlxalq bir layihə olacağından da söz açdı:

“İcazə veriləndə bu haqda ətraflı danışacam. Layihənin rəhbəri də mən olacam. Arzu edirəm ki, bütün layihələrimizi real olaraq həyata keçirək. Çox istərdim ki, kino və konsert zalları, teatrlar açılsın. Bir çox ölkələrdə zalların yalnız 50 faizi dolur. Bizdə də belə olmağını istəyirəm, çünki çəkildiyim film var, hələ işıq üzü görməyib. İstəyirəm ki, təqdimatı kinoteatrda olsun. Bir də kitab üzərində işləyirəm”.

Şairə hazırda turizm sektorunda işlədiyini əlavə etdi:

“Mən rəhbərliyimizə minnətdaram ki, çətinliklər olsa da maaşları pandemiya dövründə kəsmədilər. Böyük layihələr təşkil edəndə maddi tərəfini güdmürəm. Ona görə də layihələri daha çox maddiyatsız həyata keçirirəm”.

Gülşanə Mustafayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO