Rasmina Qürbətova “Evimizə qayıtdıq” deyir - VİDEO

Rasmina Qürbətova “Evimizə qayıtdıq” deyir - VİDEO

Hazırda oxunan: Rasmina Qürbətova “Evimizə qayıtdıq” deyir - VİDEO

7045

Qarabağa həsr olunan “Tarixin çarxları” kolleksiyasının təqdimetmə mərasimi keçirilib.

Bunu Bizim.Media-ya rəssam Rasmina Qürbətova deyib.

Onun sözlərinə görə, kolleksiyada Qarabağa daxil olan bölgələrin özünəməxsüs simvolları həkk olunub:

“10 ədəd  böyük və balaca kulon, digər bəzək əşyaları hazırlanıb”.

Dizayner bu il başqa bir kolleksiya üzərində işlədiyini gizlətməyib:

“Lakin zaman elə gətirdi ki,  Qarabağ kolleksiyasının üzərində çalışmağa başladıq, 2015-ci ildə hazırlanan “Xarıbülbül” kolleksiyasına yeni əlavələr etdik. Bir zamanlar bu, Şuşanın simvolu idi. İndi isə zəfərin.

Bizim “Evimizə qayıtdıq” adlı kolleksiyamız da var. Bəylər üçün qol düyməsi hazırlanıb”.

Rasmina Qürbətova vurğulayır ki, pandemiyanın bir çox biznesə vurduğu zərər art-biznes sahəsinə də təsirsiz ötüşməyib:

“Ümid edirik ki, gələn il bizim də işlər daha yaxşı olacaq.”.

Gülşanə Mustafayeva, Bizim.Media

 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO