Narkoman: “Üzümü göstərmə, anamın ürəyi partlayıb ölər” - VİDEO

Narkoman: “Üzümü göstərmə, anamın ürəyi partlayıb ölər” - VİDEO

Hazırda oxunan: Narkoman: “Üzümü göstərmə, anamın ürəyi partlayıb ölər” - VİDEO

70434

Paytaxtın Yasamal rayonu, Zivərbəy Əhmədbəyov 10 ünvanında “narkomanlar yuvası” yerləşir.

Bizim.Media xəbər verir ki, bu barədə “ATV Xəbər” süjet hazırlayıb.

Bildirilib ki, şəhərin mərkəzində, günün istənilən vaxtında dördmərtəbəli tikilinin hər mərtəbəsində narkotik istifadəçilərini görmək mümkündür.

Bunlardan kimiləri narkotikdən istifadə edir, kimiləri isə alış-satışla məşğuldur. Hadisə yerinə yollanan jurnalist oradakı şəxslərlə həmsöhbət olub.

“Gün ərzində çoxsaylı insanlar buraya gəlirlər. İstifadə edən çoxdur. Bir saat ərzində burada olsanız, görəcəksiniz ki, hər cür insan gəlir. Qız, oğlan, yaşlı kişi - qısaca, hər cür insan gəlir”, - jurnalistin müsahibi deyib.

Həmin şəxs sözügedən yerə gün ərzində 200 nəfərin gəldiyini vurğulayıb.

Adının çəkilməsini istəməyən digər bir şəxs isə ailəsindən və körpəsindən uzaq düşdüyünü deyib:

“Üzümü göstərmə, anamın ürəyi partlayıb ölər. İşləyə bilməməyimizin səbəbi narkotikdir. Müalicə alıb sağalmaq istəyirəm, özüm sənətkaram. Evdə çətin olur, deyirsən ki, daha istifadə etməyəcəm, amma ailəndəki şəxslərin səni güdməsi, “görüm, istifadə edir, ya yox” fikirlərini insana hiss elətdirməsi vəziyyəti daha da çətinləşdirir”.

Daha ətraflı süjetdə:

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO