BÜRCLƏRƏ görə ideal yataq partnyorları kimlərdir? – 18+ 

BÜRCLƏRƏ görə ideal yataq partnyorları kimlərdir? – 18+ 

Hazırda oxunan: BÜRCLƏRƏ görə ideal yataq partnyorları kimlərdir? – 18+ 

70427

İnsanların hansı bürcdə doğulmasının ikili münasibətlərə ciddi təsir göstərdiyi bəllidir. Bu yataqda da özünü büruzə verir. Əgər cinsi münasibətdə özünüzə uyğun tərədaş tapmısınızsa, bu münasibətinizin uzun müddət davam etməsinə imkan verən ən önəmli faktorlardan birinə çevriləcək.

Bizim.Media cinsi münasibətdə bir-birilə ən uyğun bürcləri təqdim edir:

1. Qoç

Qoçlar bütün bürclər arasında bəlkə də yataqda ən iddialı şəxslər hesab oluna bilər. Bu bürcün nümayəndələri üçün ən ideal partnyorlar isə əqrəblərdir. Belə ki, alov və su kimi bir-birini tamamlayan qoç və əqrəb birlikdə ideal macəralar yaşaya bilərlər.

2. Buğa

Buğalar seksdə daha çox ehtirası da özündə ehtiva edən romantikaya üstünlük verirlər. Onlar üçün səs, qoxu və toxunuşlar ön sırada dayanır. Buğalar həzzi sona qədər yaşamağı sevirlər. Dolçalar onlar üçün ideal partnyor hesab oluna bilərlər.

3. Əkizlər

Əkizlər cinsi münasibətdə rahatlıqları ilə seçilirlər. Onlar hər an, hər yerdə münasibətdə ola bilərlər. Hətta ictimai məkanlarda belə partnyorlarının diqqətini buna yönəldə bilirlər. Onlar üçün ideal partnyor isə elə əkizlərdir.

4. Xərçəng

6-cı hissləri ilə hərəkət edən xərçənglər qarşı tərəfin nə hiss etdiyini asanlıqla sezirlər, lakin bunu partnyorlarından da gözləyirlər. Xərçənglər münasibətdə olduqları şəxsin onların ehtirasını oyatmasını gözləyirlər. Yataqda sevgi və ehtirasın birlikdə olmasını istəyən bu bürcün nümayəndələri üçün ideal partnyor qoçlardır.

5. Şir

Ehtiraslı və diqqətcil olan şirlər yataqda öz cinsi istəklərinin ən iddialı şəkildə ortaya qoyurlar. Qarşı tərəfin məmnunluğu və bu məmnunluğu şirlərə hiss etdirməsi vacibdir. Onlarla ayaqlaşa biləcək bürclərin ilk pilləsində isə oxatanlar qərarlaşıb.

6. Qız

Çox da hiss etdirməsələr də, qızlar cinsi enerjiləri baxımından qoçlardan geri qalmırlar. Xırda toxunuşlar belə onları başdan çıxarmaq üçün yetərlidir. Qarşı tərəfin məmnunluğu onlar üçün hər şeydən önəmlidir. Ən uyğun partnoyrları isə balıqlardır.

7. Tərəzi

Hisslərinə və mükəmməlliyə önəm verən tərəzilər seksdə də eyni kriteriyaların axtarışındadırlar. Quru münasibət onlara uyğun deyil. Hissi və zehni uyğunluğun birlikdə olması zəruridir. İdeal partnyorları qoçlardır.

8. Əqrəb

Bu bürcün nümayəndələri üçün ehtiras ön plandadır. Seksdə həyəcan onlar üçün önəmlidir. Hətta görünüşünü bəyənməsə belə partnyorunun yataqda onun tələblərinə cavab verməsi əsas şərtdir. Lakin hisslər də əqrəblər üçün əvəzolunmazdır. İdeal partnyorları əqrəblərdir.

9. Oxatan

Onlar hər zaman yeni macəra axtarışındadırlar. Bu səbəbdən uzunmüddətli münasibətdən tez yorulurlar. Lakin həyəcanı və macəranı eyni tempdə saxlamaqla oxatanların diqqətini üzərinizdə saxlaya bilərsiniz. Bu cəhətdən dolçalar oxatanlar üçün ideal partnyorlardır.

10. Oğlaq

Onlar da yüksək ehtiraslı bürclər siyahısında ilk pillələrdə qərarlaşıblar. Eyni zamanda onların libidolarının yüksək olması, asanlıqla başdan çıxarılmalarına imkan verir. Oğlaqlar mükəmməl partnyor olmaları ilə fəxr edirlər. İdeal tərəf müqabilləri qızlardır.

11. Dolça

İntellektual və idealist dolçalar fərqli gözləntilərə malikdirlər. Qarşı tərəfin fəallığını sevsələr də, hər zaman baş rolda özlərinin olmasını istəyirlər. Ehtiraslarına görə isə qoç və əqrəblərdən heç də geri qalmırlar. Seksdən sonra partnyorları ilə söhbət etmək onlar üçün əvəzolunmazdır. İdeal partnyorları isə elə dolçalardır.

12. Balıqlar

Hər kəslə rahat yola gedən balıqları cəlbetmək elə də çətin deyil. Romantika və incəliyə önəm verirlər. Yataqda onları tərəf müqabilindən soyudacaq tək şey xəyal gücünün əskikliyi ola bilər. Balıqlar üçün ən ideal partnyor isə əqrəblərdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO