Qubada yəhudilərin milli Pesax bayramı keçirildi - FOTO

Qubada yəhudilərin milli Pesax bayramı keçirildi - FOTO

Hazırda oxunan: Qubada yəhudilərin milli Pesax bayramı keçirildi - FOTO

70422

Qubada, dağ yəhudilərinin kompakt yaşadığı Qırmızı Qəsəbədə yəhudilərin milli Pesax bayramı keçirilib.

Bizim.Media xəbər verir ki, tədbirdə Quba RİH başçısı Ziyəddin Əliyev, DTX-nin Quba rayon şöbəsinin rəisi, millət vəkili Anatoli Rafailov, Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının sədri Mixil Yevdayev, sakinlər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Qırmızı Qəsəbədə Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında milli liderin abidəsini ziyarət edərək abidə önünə tər güllər düzüblər.

Quba RİH başçısı Ziyəddin Əliyev çıxışında  Azərbaycanın çoxmillətli Quba rayonunda 60 məscidlə yanaşı, yəhudilərə məxsus iki sineqoq və dini icmanın da fəaliyyət göstərdiyini deyib. Onun sözlərinə görə, dağ yəhudiləri Qubada yaşayan digər milli azlıqlar kimi mehriban qardaşlıq şəraitində həyat sürürlər.

Rayon rəhbəri 1-ci Qarabağ və Vətən müharibələrində yəhudi gənclərin də Azərbaycanın ərazi müdafiəsinə qalxdıqlarını bildirib və buna nümunə kimi Azərbaycanın Milli Qəhrəmanı, tankçı Albert Aqarunovun adını hörmətlə çəkib.

Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının sədri Mixil Yevdayev Bakıdan özü ilə gətirdiyi yəhudi hərbçini də  tədbir iştirakçılarına təqdim edib.
Bildirib ki, milliyyətcə David Sadiyev Vətən Müharibədində  könüllü iştrak edib. Yəhudi əsilli millət vəkili Anatoli Rafailov Azərbaycanın tolerant ölkə kimi dünyada tanınmasından və bu sahədə uğur qazanmasından söz açıb.

Sonra iştirakçılar Heydər Əliyev adına mədəniyyət və istirahət parkında dağ yəhudilərinin tarixinə, mədəniyyətinə, adət-ənənələrinə həsr  edilmiş sərgi ilə tanış olublar.

Qeyd edək ki, yəhudilərin Pesax bayramı aprelin 15-dən başlayaraq aprelin 23-dək  8 gün davam edəcək. 

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO