ABŞ səfirindən azərbaycanlı tələbələrə ÇAĞIRIŞ

ABŞ səfirindən azərbaycanlı tələbələrə ÇAĞIRIŞ

Hazırda oxunan: ABŞ səfirindən azərbaycanlı tələbələrə ÇAĞIRIŞ

70416

 “30 ildir ki, biz Azərbaycan hökuməti və xalqı ilə qanunun aliliyi, insan haqları, iqtisadiyyat, enerji və təhlükəsizliklə bağlı məsələlərdə işləmişik. Azərbaycanın dostu kimi Birləşmiş Ştatlar sülhə nail olmaq və bütün regionun çiçəklənməsinə kömək etmək üçün iqtisadi, nəqliyyat və insanlar arasında əlaqələrin qurulmasına kömək etməyə hazırdır”. 

Bizim.Media xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger ABŞ-Azərbaycan diplomatik münasibətlərinin 30 illiyi ilə əlaqədar keçirilən Açıq Qapı günündə tələbələr qarşısında çıxış edərkən deyib. 

Səfir azərbaycanlı tələbələrə səslənərək deyib:

“Səfirlikdə çalışan hər kəsin adından sizə karyeranız və həyatınız üçün ən yaxşısını arzulayırıq və ümid edirik ki, gələcəkdə Amerika Birləşmiş Ştatlarında təhsil alacaqsınız və ya səfər edəcəksiniz, ya da hətta ABŞ səfirliyi komandasına qoşulacaqsınız. Bilirəm ki, siz Azərbaycanın gələcəyində çox mühüm rol oynayacaqsınız”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO