Dilqəm Əsgərov Polad Həşimovun qəbrini ziyarət etdi - FOTO

Dilqəm Əsgərov Polad Həşimovun qəbrini ziyarət etdi - FOTO

Hazırda oxunan: Dilqəm Əsgərov Polad Həşimovun qəbrini ziyarət etdi - FOTO

7036

Erməni əsirliyindən 20 gün əvvəl azad edilən Dilqəm Əsgərov Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun qəbrini ziyarət edib.

Qeyd edək ki, Dilqəm Əsgərov bu gün, həmçinin Şahbaz Quliyevlə birgə  I Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib.

 

MÖVZU İLƏ BAĞLI:

Dilqəm və Şahbaz I Fəxri Xiyabanda – FOTO



6 il düşmən girovluğunda qalmış Dilqəm Əsgərov və Şahbaz Quliyev Heydər Əliyevin məzarı önünə gül dəstələri düzüb.

Bununla yanaşı, onlar oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anıb, məzarı üzərinə güllər düzüb.

Qeyd edək ki, əslən Kəlbəcər rayonunun Şaplar kəndindən olan Dilqəm Əsgərov 2014-cü ilin iyulunda valideynlərinin məzarlarını ziyarət etmək istəyərkən o zaman işğal altında olan doğulduğu torpaqda erməni hərbçilər tərəfindən girov götürülmüşdü.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO