Misir Mərdanov 22 universitetə qəbul alan tələbə qız haqda yazdı: “Atası ...”

Misir Mərdanov 22 universitetə qəbul alan tələbə qız haqda yazdı: “Atası ...”

Hazırda oxunan: Misir Mərdanov 22 universitetə qəbul alan tələbə qız haqda yazdı: “Atası ...”

70341

Xəbər verdiyimiz kimi, Bakı Dövlət Universitetinin tələbəsi diplom almadan dünyanın səkkiz ölkəsinin 22 universitetindən qəbul alıb.

Belə ki, Bakı Dövlət Universitetinin Mexanika-Riyaziyyat fakültəsinin IV kurs tələbəsi Aysu İsmayılova dünya reytinqində 7 və 8-ci yerlərdə olan Imperial College London və University College London daxil olmaqla, səkkiz ölkənin (İngiltərə, İsveç, Danimarka, Finlandiya tam təqaüdlə, Almaniya, Çexiya, Niderland, İrlandiya) ümumilikdə 22 universitetindən qəbul alıb.

AMEA-nın müxbir üzvü, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov bununla bağlı Facebook səhifəsində status yazıb.

Bizim.Media xəbər verir ki, Azərbaycanın sabiq Təhsil naziri paylaşımında Aysunun Riyaziyyat və Mexanika İnstitutunun şöbə müdiri, riyaziyyat elmlər doktoru Vüqar İsmayılovun qızı olduğunu qeyd edib.

Misir Mərdanov bu münasibətlə həm Vüqar müəllimi, həm də Aysu xanımı ürəkdən təbrik edib, ona daha böyük uğurlar diləyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO