Azərbaycanlı uşaqdan Putinə müraciət: “Müharibəni dayandırın” – VİDEO/FOTO

Azərbaycanlı uşaqdan Putinə müraciət: “Müharibəni dayandırın” – VİDEO/FOTO

Hazırda oxunan: Azərbaycanlı uşaqdan Putinə müraciət: “Müharibəni dayandırın” – VİDEO/FOTO

70332

Ukraynanın Kiyev şəhərində yaşayan 11 yaşlı azərbaycanlı uşaq Yusif Aslanov Rusiya prezidenti Vladimir Putinə müraciət edib.

Bizim.Media xəbər verir ki, yaşının az olmasına baxmayaraq, Yusif indiyədək iki müharibənin şahidi olub.

Yusif 2020-ci ildə Azərbaycanda olduğu müddət erməni terroristlərinin Qarabağdakı müharibəsini də Rusiyanın prezidentinə xatırladıb. O, fevralın 24-ü Rusiyanın Kiyev şəhərini bombardman etməsinin sədaları altında yuxudan oyandığını və həmin müharibə nəticəsində uşaqların, qadınların, qocaların öldürüldüyünü bildirib.

Həmçinin o, Putindən bu müharibəni dayandırmağı istəyib. Uşaq 11 yaşı olmasına baxmayaraq, özünü Ukraynanın əsgəri hesab etdiyini bildirir. İstənilən vaxtı Ukraynanın müdafiəsinə uşaqların da qalxacağını qeyd edib. Yusif Aslanov uşaqlıqdan Xocalı soyqırımı ilə bağlı Ermənistanın Ukraynadakı səfirliyinin qarşısında, BMT-nin, ATƏT-in nümayəndəliklərinin qarşısında keçirilən aksiyalarda iştirak edib.

Bu dövrdə də erməni qəsbkarlarının qadınlara, uşaqlara törətdikləri vəhşiliklərə qarşı etirazını bildirib.Ermənilərin gülləsinə tuş gələn balaca Zəhranın ölümündən sonra o, Ermənistan səfirliyinin qarşısında mitinqin iştirakçılarından biri olub.

 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO