“Maska tələbi ləğv olunsun, quru sərhədləri açılsın” – Millət vəkilindən ÇAĞIRIŞ

“Maska tələbi ləğv olunsun, quru sərhədləri açılsın” – Millət vəkilindən ÇAĞIRIŞ

Hazırda oxunan: “Maska tələbi ləğv olunsun, quru sərhədləri açılsın” – Millət vəkilindən ÇAĞIRIŞ

70313

“Ölkədə pandemiyanın göstəriciləri demək olar ki minimal rəqəmlərdir. Bu o deməkdir ki, artıq pandemiya bitib. Bu səbəbdən də digər karantin qadağaları kimi qapalı məkanlarda maska taxmaq qadağası da ləğv olunmalıdır”. 

Bu fikirləri Bizim.Media-ya açıqlamasında millət vəkili Müşfiq Cəfərov deyib.
 

MÖVZU İLƏ BAĞLI:

ŞAD XƏBƏR: Maska tələbi ləğv edilə bilər - VİDEO


O, bildirib ki, biz deyirik ki, pandemiya azalıb, əslində azalmayıb pandemiya bitib desək daha doğrudur:

“Dünya təcrübəsinə baxsaq görərik ki, 40-50 nəfərlik statistik nəticələrlə pandemiyanı bitmiş hesab edirlər. Bütün qadağaları da ləğv edirlər. Mən düşünürəm ki, bu maska tələbi absurddur. Üstəlik xoş olmayan mənzərələrlə də qarşılaşırıq. Xüsusilə, ictimai nəqliyyatda DİN əməkdaşları ilə sərnişinlər arasında olan gərgin anlar baş verir. İnsanlar tərəfindən bunun sırf pul tələsi kimi qiymətlərindirilməsinə səbəb olan bu qadağa ləğv olunmalıdır”. 

Millət vəkili qeyd edib ki, hazırda pandemiyanın heç bir qorxusu yoxdur, üstəlik müharibələrin və pandemiyanın səbəb olduğu çətin şəraiti də nəzərə alsaq, insanları cərimələyib, incitmək mənasızdır:

“Mən təklif edirəm ki, bu məsələdə dünya təcrübəsinə baxaq və onlarda olduğu kimi, bunu cərimə halına gətirməyək, könülü olsun. Necə ki bəzi ölkələrdə bu tələb ya tamamilə aradan qaldırılıb, ya da maska var, lakin cərimə yoxdur. Azərbaycanda olan bu maskla tələbinə artıq heç bir tibbi zərurət yoxdur”.

Müşfiq Cəfərov quru sərhədlərinin açılması məsələsinə də toxunub. Vurğulayıb ki, bu da hazırkı dövrdə lazımsız bir qadağadır:

“Hazırda vətəndaşlarımız Rusiyadan və digər qonşu ölkələrdən quru yolla Azərbaycana gələn bilmirlər. Bu da haqlı narazılıqlara səbəb olur. Tezliklə maska və quru sərhədlərin bağlı qalması tələbi ləğv olunmalıdır”. 

Millət vəkili Milli Məclisdə karantin cərimələrinin silinməsi təklifinə də münasibət bildirib: 

“Mən də bu təklifə dəstək oluram və düşünürəm ki, bu cərimələr silinsə, daha yaxşı olacaq. Bu dövlətimizin apardığı əhalinin sosial rifahının yaxşılaşdırılması konsepsiyasının tərkibi olardı”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO