Ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması məqsədilə Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində nəzarət-profilaktik tədbirlər keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, keçirilən tədbirlər zamanı məişət tullantılarını urnalardan kənara atan, ərazidə antisanitar vəziyyət yaradan şəxslər müəyyən olunub.
Onlarla izahedici söhbətlər aparılıb və 14 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 266.3-cü (Məişət tullantılarının tutumlardan kənar yerlərə atılmasına görə) maddəsi ilə protokol tərtib olunaraq hər biri 50 manat məbləğində cərimələnib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
19:41 / 18.04.2022
Zaqatalada ətraf mühiti çirkləndirən 14 NƏFƏR CƏRİMƏLƏNDİ
Hazırda oxunan: Zaqatalada ətraf mühiti çirkləndirən 14 NƏFƏR CƏRİMƏLƏNDİ
Hazırda oxunan: Zaqatalada ətraf mühiti çirkləndirən 14 NƏFƏR CƏRİMƏLƏNDİ
70267
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.