Ukraynada müharibə dövründə İlon Maskla əməkdaşlıq edən AZƏRBAYCANLI - MÜSAHİBƏ

Ukraynada müharibə dövründə İlon Maskla əməkdaşlıq edən AZƏRBAYCANLI - MÜSAHİBƏ

Hazırda oxunan: Ukraynada müharibə dövründə İlon Maskla əməkdaşlıq edən AZƏRBAYCANLI - MÜSAHİBƏ

70239

Ukraynada hökm sürən müharibə şəraitində bir çox soydaşlarımız fərdi və təşkilatlanma şəklində Azərbaycan adından xeyli yardım və xeyirxahlar işlər görürlər. Belə təşkilatlardan biri də UFEES fondudur. Fondun rəhbəri isə Azərbaycanlı Anar Rəfiyevdir.

Fond Ukraynada termal modernləşmə prosesinə yardım üçün evlərin, kommunal strukturların - uşaq bağçalarının, məktəblərin və s. obyektlərin enerji səmərəliliyini artırmaq üçün layihələrlə çıxış edir. Enerjiyə qənaət edən texnologiyaların yaradılması və həyata keçirilməsini birləşdirən ictimai təşkilat funksiyasını daşıyır.

Əsas məqsəd enerjiyə qənaətli tədbirlərin həyata keçirilməsində ümumi qarşılıqlı fəaliyyət üçün beynəlxalq təşkilatların, o cümlədən maliyyə qurumlarının səlahiyyətlərini öz platformasında birləşdirməkdir. 
Bizim.Media GS Ufees-in spikeri, rəqəmsal istiqamət ilə əlaqələr üzrə koordinatoru Eqor Stefanoviçdən müsahibə götürüb. Onun müharibə şəraitində göstərdikləri fəaliyyət və qurumun rəhbəri olan bir azərbaycanlı haqqında söylədiyi fikirlər maraqlıdır:  

- Fondun maharibə dövründəki fəaliyyəti son günlər media üçün ciddi maraq kəsb edib. Bu maraq dairəsinə düşməniyinizə nə səbəb oldu? 

-  Ukraynada müharibənin ikinci və ya üçüncü günü idi. Fondun rəhbərliyi və onun əsas ideoloqu Anar Rəfiyev və komanda üzvləri Ukraynanın Enerji Səmərəliyi və Enerjiyə Qənaət Fondunun bazasında humanitar missiyanı həyata keçirəcək koordinasiya qərargahı yaratmaq qərarına gəldik. Əsas konsepsiyası evakuasiya, humanitar yüklər, mühafizə istehsalı ilə bağlı idi. Elə ilk günlərdən tapşırıqların icrasına başladıq.

Əsas üstünlüklər ondan ibarətdir ki, biz bu yardımın birbaşa ehtiyac duyulduğu yerə tez və səmərəli şəkildə çatdırırıq. Saytımız var. Sosial şəbəkələrdə işləyirik. Hazırda 60-dan çox könüllülərimiz var.
Müraciətləri təhlil edirik, mümkün qədər ehtiyac duyduğumuz qaynar nöqtələrə gedirik. Kolımada müvəqqəti məskunlaşmış qaçqınlar üçün mərkəzimiz var. Zirehlərin və müxtəlif asmaların istehsalı üzrə qərargahımız da mövcüddur.


Hazırda həyatı vacib məhsulların paylanması prosesi gedir. Bizim təşkilatımız vasitəsilə əməkdaşlıq etdiyimiz UNİCEF beynəlxalq uşaq fondu uşaqlar üçün məhsul və ərzaqları, tibbi ləvazimatları və dərmanları doğum evləri, xəstəxanalara çatrırıq.

- Bu qədər iş əlbəttə ki, böyük vəsait tələb edir, fondun maliyyə məsələləri necə həll olunur?

- Maliyyə məsələləri fondun təsisçiləri, könüllülər, fondun tərəfdaşı olan təşkilatlar, o cümlədən saytı açan və geoinformasiya məhsulunu təbliğ edən elektron Ukrayna təşkilatıdır. Bizə Bakının da bəzi biznes şirkətləri ianələr edir. Pulun digər hissəsi isə Ukraynadakı yardımsevərlər tərəfindən göndərilib. İndiyə qədər 250-dən çox ailəni evakuasiya etmişik. Yeni növ gülləkeçirməzlər yaratmışıq və orduya təqdim etmişik.

- Gülləkeçirməzlərin yeni növünü yaratmaq ideyası kimə məxsusdur?

- Müharibə şəraiti ilə bağlı gülləkeçirməzlərə böyük ehtiyac var. Məhz bu səbəbdən yeni gülləkeçirməzlərin yaradılması ideyası yarandı. Bunlar daha yüngül və etibarlı olmalı idi. Bilirsiniz ki, ölkənin böyük hissəsində infrastruktur dağıdılıb, istehsal dayanıb. Ona görə də gülləkeçirməzləri istehsal etmək üçün müxtəlif şəhərlərə getmək və demək olar ki, lazımı olan materialları əl ilə toplamaq lazım gəlir. 450 bronjilet artıq tərəfimizdən hazırlanıb lazım olan nöqtələrə çatdırılıb. 2-3 həftədən sonra 1000-dən çox gülləkeçirməz jilet götürməyi planlaşdırırıq. 

- Fondun dünyaca məşhur olan İlon Maskla da iş birliyinin olduğunu eşitmişik, hansı istiqamətdə əməkdaşlıq edirsiniz?

- Biz Rəqəmsal Transformasiya Nazirliyi və digər tərəfdaşlarla İlon Maskın “Starlink” internet paylayıcı terminallarının məhv edilmiş şəhərlərə çatdırılmasında əməkdaşlıq qura bilmişik. Biz artıq belə modemləri İrpen, Buça, Mariupol, Xarkov, Çerniqov, Nikolayevə köçürmüşük və bununla da yerli hakimiyyət orqanları ilə müdafiəçilərin sabit əlaqəsini təmin etməyə nail olmuşuq.

Humanitar yardımla bərabər biz bərpa, yəni Ukraynanın dirçəliş mərhələsinə keçirik. Buraya yaşayış və ya qeyri-yaşayış infrastrukturunun - körpülərin, yolların bərpası daxildir.
Strategiyalarımızın əsas nöqtələrindən biri isə beynəlxalq təşkilatları - bankları, kreditləri, donor təşkilatları cəlb etməklə məsələ ilə məşğul olmağımızdır. Bunun üçün Amerikanın “Esri” şirkəti ilə birlikdə xəritədə məhv edilən yerlərin tətbiq olunan coğrafi informasiya sistemi yaratdıq. Beləliklə, əlimizdə bütün dağıntıların analizi olacaq və onları birinci və ya ikinci olaraq prioritetləşdirməyin doğru olduğunu anlayacağıq.

- Müharibə vaxtı qaynar nöqtələrə gedib, orada yaşayan insanlara həyatı vacib məhsulları çatdırmaq müəyyən riqsqlər də tələb edir. Fəaliyyətiniz zamanı düşdüyünüz çətin durumlar olmamış deyil...

- Bəzi ərazilərdə humanitar yardımın paylanması sürətlə baş verib və heç bir problem yaranmayıb. Amma elə rayon və şəhərlər var ki, orada vəziyyət qorxuncdur və təhlükəlidir. Hər saniyə təhlükə ilə qarşılaşsaqda, ölkəmiz üçün candan da keçməyə hazırıq. Şərqə də getməyi planlaşdırırıq. İstiqamətimiz Donetsk və Luqansk vilayətlərində cəbhə xəttinədir. 

- Fonda rəhbərliyi azərbaycanlı Anar Refiyev edir. Bir azərbaycanlının ekstremal vəziyyətdə fəaliyyəti ukraynalılar tərəfindən necə qarşılanır? 

- Anar Rəfiyevi çoxdan tanıyırıq. Anar deyir ki, Ukrayna onun ikinci vətənidir. Aktiv döyüşlərin başlanğıcında o, ölkəni tərk edə bilərdi. Onunla birlikdə ehtiyacı olan insanlara kömək edirik.

Anarın ölkəni tərk etməməsi, burada qalması, həyatını, pulunu riskə atması və hər kəsə kömək etməsi ukraynalılar tərəfindən böyük fəxarət hiss ilə qarşılanır.
Azərbaycan və azərbaycanlılar çətin vaxtlarda Ukraynaya dəstək oldular. Hazırda da bu dəstəyi bizdən əsirgəmirlər. Açığı desəm, azərbaycanlıların fədakarcasına verdikləri əmək bizi xüsusi motivasiya edir. Ukrayna və ukaraynalılar bunu heç vaxt unutmayacaqlar.

Rəşad, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO