Prokurorluqdan azyaşlıya təcavüz barədə məlumatlara MÜNASİBƏT

Prokurorluqdan azyaşlıya təcavüz barədə məlumatlara MÜNASİBƏT

Hazırda oxunan: Prokurorluqdan azyaşlıya təcavüz barədə məlumatlara MÜNASİBƏT

70236

Baş Prokurorluq Masallının Aran kəndində azyaşlıya təcavüzlə bağlı yayılan məlumata münasibət bildirib.

Bizim.Media xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən məsələ ilə bağlı Baş Prokurorluq tərəfindən araşdırma materialı öyrənilməklə qəbul edilib, qərar ləğv olunub və təkrar araşdırma aparılması üçün Cəlilabad Rayon Polis Şöbəsinə göndərilib.

Hazırda araşdırma davam edir.

***

Masallı rayonunun Aran kəndində 60 yaşlı kişi qonşusunun 12 yaşlı qızına təcavüz edib.

Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu APA-ya açıqlamasında deyib ki, azyaşlının ailəsi tərəfindən bir həftə əvvəl Komitəyə müraciət olunub:

“Müraciət əsasında Komitə Baş Prokurorluğa müraciət edib. Məsələ nəzarətdə saxlanılır”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO