Paytaxtın Fətəli Xan Xoyski küçəsində yerləşən 5 saylı Şəhər Kliniki Xəstəxananın biabırçı görüntülərini təqdim etmişdik. Sosial şəbəkələrdə ciddi tənqid edilən xəstəxananın baxımsız, uçuq-sökük döşəmə və tavanın, eləcə də bərbad vəziyyəti ilə diqqət çəkən sanitar qovşağının təmirə ehtiyacı olduğunu qeyd etmişdik.
MÖVZU İLƏ BAĞLI:
5 saylı Kliniki xəstəxanada RƏZALƏT – ŞOK GÖRÜNTÜLƏR
Məsələ ilə bağlı Nərimanov Tibb Mərkəzindən Bizim.Media-ya ilin sonuna qədər xəstəxananın təmir olunacağı bildirilib:
“Həmin sanitar qovşağı işlək vəziyyətdə deyil. Ümumiyyətlə xəstəxananın təmirə ehtiyacı var və ilin sonuna qədər lazımi işlər görüləcək”.
Alçina Amilqızı, Bizim.Media