Modelyerimizin dəfiləsi Amerika platformasında nümayişdədir

Modelyerimizin dəfiləsi Amerika platformasında nümayişdədir

Hazırda oxunan: Modelyerimizin dəfiləsi Amerika platformasında nümayişdədir

7019

“2020-ci ildə Müzəffər Ordumuzun qələbəsinə həsr edilmiş “Qarabağ” Azərbaycan Milli Geyim kolleksiyamı nümayiş etdirdim”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında modelyer-dizayner Gülnarə Xəlilova səsləndirdi.

Bu möhtəşəm dəfilə Amerikanın məşhur FNL Network kanalının prezidenti Rocco Leo Gaglioti tərəfindən yaradılmış dünyanın ən aparıcı platforması olan “International Digital Fashion Week”də baş tutdu.

Moda həftəsində məşhur dünya brendləri ilə yanaşı, 100- dən çox ölkə iştirak etdi.

Və həmin kolleksiya 21 Fevral 2021-ci ilə qədər bu platformada Azərbaycanı layiqincə təmsil edəcək. Ümidvaram ki, Azərbaycanın daha möhtəşəm qələbələri hələ irəlidədir və biz də bütün bacarıq və qabiliyyətimizi bu yolda sərf etməyə hazırıq.

2020–ci il bir sira ciddi hadisələrlə yaddaşımızda qaldı. İlk növbədə il başlarkən Covid-19 pandemiyası ilə bəşəriyyət üz-üzə qaldı. Şükürlər olsun ki, millətimiz əzmkarlıq göstərərək bu xəstəliklə layiqincə mübarizə aparır.

Hesab edirəm ki, ikinci ciddi məsələ dünya bazarında neft və digər enerjidaşıyıcılarının qiymətlərinin kəskin aşağı düşməsi oldu.

Lakin dövlətimizin vaxtında atılmış addımları və uğurlu strateqiyası nəticəsində qeyri-neft sektorunun inkişafına böyük təkan verilmiş və bunun nəticəsində xalqımız həmin sınaqdan da layiqincə çıxdı.

Və nəhayət xalqımızın üzərinə düşən ən böyük sınaq isə 27 sentyabr hərbi əməliyyatları oldu.

Müzəffər Ordumuzun və Ali Baş Komandanın səyi nəticəsində tarixi qələbə əldə edilib.

Gülşanə Mustafayeva, Bizim.Media

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO