Bakı Dairəvi yolunda 4 maşın TOQQUŞDU - Xəsarət alan var 

Bakı Dairəvi yolunda 4 maşın TOQQUŞDU - Xəsarət alan var 

Hazırda oxunan: Bakı Dairəvi yolunda 4 maşın TOQQUŞDU - Xəsarət alan var 

70123

Bakının Yasamal rayonu ərazisində yol qəzası baş verib.

Bizim.Media xəbər verir ki, hadisə Bakı Dairəvi yolunun Yasamal rayonu ərazisinə düşən hissəsində baş verib.

Magistral şosenin birinci zolağında “Toyota” markalı avtomobil nasaz vəziyyətdə olduğu üçün dayanıb.

Nasaz maşını görən “Mercedes-Benz” markalı avtomobilin sürücüsü qəfil əyləcdən istifadə edib.

Ani dayanan avtomobilə eyni istiqamətdə hərəkətdə olan “Opel”, daha sonra “Saipa” markalı nəqliyyat vasitəsi çırpılıb.

Qəza nəticəsində “Saipa”da olan bir nəfər xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Əraziyə Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları cəlb ediliblər (apa).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO