Fikrət Əmirovun 100 illiyinə həsr olunan əbədi-bədii gecə keçirildi – FOTO

Fikrət Əmirovun 100 illiyinə həsr olunan əbədi-bədii gecə keçirildi – FOTO

Hazırda oxunan: Fikrət Əmirovun 100 illiyinə həsr olunan əbədi-bədii gecə keçirildi – FOTO

70054

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev dünya şöhrətli bəstəkar Fikrət Əmirovun 100 illiyinin qeyd olunması ilə bağlı  müvafiq Sərəncam imzalayıb.

Bununla əlaqədar olaraq Gəncədə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi, Gəncə Şəhər İcra Hakimiyyətinin, "İrsimizin Tədqiqi və Təbliği" ictimai Birliyinin, Gəncə Regional Mədəniyyət İdarəsinin, Gəncə Dövlət Filarmoniyasının və Gəncə şəhər 4 nömrəli Uşaq Musiqi Məktəbinin təşkilatçılığı ilə Azərbaycanın görkəmli bəstəkarı SSRİ Xalq artisti, Azərbaycan SSRİ Dövlət mükafatları laureatı, Azərbaycan SSRİ Elmlər Akademiyasının müxbir üzvü, İctimai Xadim Fikrət Məşədi Cəmil oğlu Əmirovun 100 illiyinə həsr olunan əbədi-bədii gecə keçirilib.   

Bizim.Media-nın Gəncə bürosunun məlumatına görə, Gəncə Dövlət Filamoniyasında gerçəkləşən əbədi-bədii gecənin rəsmi hissəsində əvvəlcə 44 günlük Vətən müharibəsi zamanı torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükuta yad edilib.

Xalq artistləri Fərhad Bədəlbəyli, Siyavuş Kərimli, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, millət vəkili Pərvin Kərimzadə,  AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev və digər qonaqlar çıxış edərək, görkəmli bəstəkar Fikrət Əmirovun həyat və yaradıcılığından, onun Azərbaycan musiqisinə olan misilsiz töhvələrindən söhbət açıblar.

Bununla yanaşı, gecədə iştriak edən mədəniyyət xadimləri "F. Əmirov və xalq musiqisi", "F. Əmirov yaradıcılığında romantizm", "F. Əmirov və klassik Azərbaycan poeziyası" mözusunda çıxışlar ediblər. 

Tədbirin rəsmi hissəsindən sonra bəstəkarın mahnılarından ibarət kosert proqramı baş tutub.

Konsertdə Xalq artisti Murad Adıgözəlovun pianoda ifası tamaşaçılar tərəfindən böyük alqışlarla qarşılanıb. 

Daha sonra Xalq artisti Sevinc İbrahimova "Evləri var xana-xana", Əməkdar artistlər Təhmiraz Şirinov "Göygöl"," Reyhan",  Zemfira İsmayılova "Sevil" operasından Sevilin ariyası, "Azərbaycan elləri", Babək Niftəliyev "Şeyx Sənan" operasından Kor Ərəbin mahnısı,  Kəmalə Tağızadə "Böyük dayaq" filmindən Pərişanın mahnısı,  solist Elmir Pişnamazov "Sevil" operasından Balaşın ariyasını səsləndirərək tamaşaçıların zövqünə oxşayıblar. 

Sonda bir sıra şəxslər tədbirin təşkilinə görə təltif olunublar.

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO