Zaqatalada qaydaları pozan 39 sürücü cərimələndi - FOTO

Zaqatalada qaydaları pozan 39 sürücü cərimələndi - FOTO

Hazırda oxunan: Zaqatalada qaydaları pozan 39 sürücü cərimələndi - FOTO

69984

Zaqatalada yol hərəkəti təhlükəsizliyini daha səmərəli təşkil etmək və qayda pozuntuları törədən sürücülərə qarşı mübarizəni gücləndirmək məqsədi ilə yol polisinin əməkdaşları tərəfindən rayon ərazisində növbəti reyd keçirilib.

Daxili İşlər Nazirliyindən (DİN) Bizim.Media-ya verilən məlumata görə, şəhərin müxtəlif nöqtələrində təşkil olunan reydlər zamanı təhlükəsizlik kəmərindən, avtomobilin işıq cihazlarından, yəni dönmə siqnallarından düzgün istifadə etməyən, nəqliyyat vasitəsində konstruksiya dəyişikliyi edən və digər qayda pozuntularına yol verən 39 sürücü müəyyən olunub.

Polis əməkdaşları tərəfindən saxlanılan sürücülərlə maarifləndirici söhbətlər aparılıb, sükan arxasında məsuliyyətli olmağın vacibliyi vurğulanıb.

Həmin şəxslər barəsində inzibati protokollar tərtib edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO