İmtahandakı sual kitabçaları niyə paylanmır? - Əsas səbəblər bunlardır

İmtahandakı sual kitabçaları niyə paylanmır? - Əsas səbəblər bunlardır

Hazırda oxunan: İmtahandakı sual kitabçaları niyə paylanmır? - Əsas səbəblər bunlardır

69944

DİM sədri sual kitabçalarının verilməməsinin səbəblərini açıqlayıb. 

Bizim.Media xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, bütün sınaq imtahanların kitabçaları verilir:

“Bu zaman valideynlər sınaq imtahanlarında uşağın hansı sahədə zəif olduğunu araşdıra bilər. Heç bir ölkədə imtahanın sual kitabçası şagirdlərə paylanılmır.

Biz 2000-ci ildən sonra bu addımı atdıq və real imtahanlardan sonra uşaqlara sual kitabçaları paylandı və biz elmiliyi qurban verdik. Sualları ictimaiyyətə verəndə bilirdik ki, biz bu sualları itirmişik, bu suallar imtahanlarda istifadə olunmayacaq.
Amma bu zaman apelyasiya müraciətlərinin sayı azalmışdı. İndiki sualların yazılması, sualların statistik göstəricilərinin müəyyənləşdirilməsi çox mürəkkəb prosesdir və bu sualların qiyməti çox yüksəkdir. Biz hər bir sualı qorumağa çalışırıq və sualları ictimailəşdirmirik. Biz sual kitabçalarını paylamayacağıq və heç bir ölkədə bu qayda yoxdur”, - deyə o, qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO