Goranboy rayonunun 2 saylı tam orta məktəb binası qəzalı vəziyyətə düşüb, 480 şagird başqa təhsil ocağına köçürülüb.
Bizim.Media-nın məlumatına görə, 50-55 il öncə tikilən binanın 2-ci mərtəbəsində yaranan iri çatlar, korpusda baş verən çökmələr təhsil ocağını təhlükəli vəziyyətə salıb.
Məktəbin direktor müavini Müşfiq Mustafayevin sözlərinə görə, artıq məktəblilər başqa məktəbə köçürülüb:
“Məktəbdə ümumi 1107 şagird təhsil alır. 5 yaşlı və ibtidai siniflərdən ibarət 24 sinif Goranboy rayon 1 saylı orta məktəbə köçürülüb. Təxminən 480 nəfər uşaq məktəbin qəzalı şəraitinə görə köçürülüb. Baş verə biləcək təhlükənin qarşısını almaq üçün qəzalı korpusda olan siniflərə giriş-çıxış bağlanıb. Həmçinin aprelin 23-nə DİM tərəfindən qəzalı məktəbə salınan imtahan da ləğv edilib. İmtahan Goranboy şəhər İnteqrasiya tipli internat məktəbində keçirəcəkdir”.
Qeyd edək ki, 2 saylı orta məktəbin binasında Kəlbəcər rayon 76 saylı məktəb də yerləşib.
Burada 95 şagird, 30-a yaxın müəllim 2-ci növbə olaraq dərs keçir. Binanın qəzalı vəziyyətə düşməsi ilə bağlı Goranboy rayon İcra hakimiyyətinə, Təhsil Nazirliyinə məlumat verilib. Adiyyatı qurumlar tərəfindən binaya baxış keçirilib.
Ehtiram Muradov, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:45 / 16.04.2022
Goranboydakı məktəb ACINACAQLI VƏZİYYƏTDƏ: Hər an çökə bilər – FOTO/VİDEO
Hazırda oxunan: Goranboydakı məktəb ACINACAQLI VƏZİYYƏTDƏ: Hər an çökə bilər – FOTO/VİDEO
Hazırda oxunan: Goranboydakı məktəb ACINACAQLI VƏZİYYƏTDƏ: Hər an çökə bilər – FOTO/VİDEO
69923
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.