17 oktyabr 2021-ci il tarixdə paytaxtın Nərimanov rayonu ərazisində 1975-ci il təvəllüdlü Bənövşə Nəcəfovaya xəsarətlər yetirilməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.
Nərimanov rayon prokurorluğundan Bizim.Media-ya verilən məlumata görə, aparılmış istintaqla müəyyən edilmişdir ki, zərərçəkmişin oğlu, 1991-ci il təvəllüdlü Rövşən Nəcəfov birgə yaşadıqları yataqxananın qarşısında qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı Bənövşə Nəcəfovaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd edib.
Rövşən Nəcəfov Cinayət Məcəlləsinin 29, 120.1-ci (adam öldürməyə cəhd) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:39 / 15.04.2022
Anasını öldürməyə cəhd edən oğul həbs olundu
Hazırda oxunan: Anasını öldürməyə cəhd edən oğul həbs olundu
Hazırda oxunan: Anasını öldürməyə cəhd edən oğul həbs olundu
69825
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.