Peşə hazırlığında ixtisasların sayı ARTIRILDI – 50 yeni sahə 

Peşə hazırlığında ixtisasların sayı ARTIRILDI – 50 yeni sahə 

Hazırda oxunan: Peşə hazırlığında ixtisasların sayı ARTIRILDI – 50 yeni sahə 

69817

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən işsiz və işaxtaran şəxslər üçün təşkil edilən hazırlıq kurslarının əhatə etdiyi peşə-ixtisas sahələri sırasına əmək bazarında aktual olan daha 50-yə yaxın sahə əlavə edilib. 

Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə peşə tədrisi həyata keçirilən peşə-ixtisas sahələrinin sayı 127-dən 175-ə çatdırılıb. 

Əmək bazarının təhlili əsasında formalaşan yeni aktual peşə və ixtisasların siyahısına İKT sahəsi, nəqliyyat logistika, kənd təsərrüfatı, istehsal, sənaye, rabitə və digər sahələr daxildir. 

Peşə hazırlığına cəlb olunmaq istəyən şəxslər yaşadıqları ərazi üzrə Regional Məşğulluq Filiallarına və ya “DOST” Mərkəzlərinə yaxınlaşmaqla qeydiyyatdan keçə bilərlər. 
Eyni zamanda, elektron qaydada bu link vasitəsilə də peşə hazırlığına müraciət etmək mümkündür. 

Peşə hazırlığına cəlb olunmuş işsiz şəxslərə təhsil aldıqları dövrdə minimum aylıq əməkhaqqı məbləğində təqaüd ödənilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO