Qubada şəhid jurnalistin anım günü keçirildi - FOTO

Qubada şəhid jurnalistin anım günü keçirildi - FOTO

Hazırda oxunan: Qubada şəhid jurnalistin anım günü keçirildi - FOTO

69801

Bu gün Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun 40 yaşı qeyd olunub.  

Bizim.Media xəbər verir ki, Quba şəhərinin "Media şəhidləri"parkında düzənlənən anım mərasimində Məhərrəm İbrahimovun ailə üzvləri, rayon İH, hüquq-mühafizə orqanlarının rəhbərləri, icttimaiyyət nümayəndələri, ziyalılar iştirak edib.  

Azərbaycanın Dövlət Himni səsləndirilib, milli lider Heydər Əliyevin, Qarabağ uğrunda həyatını itirən cəmi şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Quba İH başçısı Ziyəddin Əliyev geniş məruzə ilə çıxış edib.

Çıxışında Azərbaycanda və ümumən dünyada jurnalistlərin döyüş bölgələrində həlak olmasına toxunan Ziyəddin Əliyev Qubada salınan "Media şəhidləri" parkının rəmzi xarakter daşıdığını deyib:

"Biz bu parkı keçən il iyulun 22-də -Milli Mətbuat günündə açdıq. Kəlbəcərdə mina partlayışında həlak olan mətbuat nümayəndələri Məhərrəm İbrahimovla Sirac Abışovun şəhidlik zirvəsinə ucalmasından sonra bu parkı açmağı qərara aldıq. Qubanın "Media şəhidləri" parkı dünya münaqişələrində və Qarabağ konfliktində şəhid olan bütün media nümayəndələrinin xatirəsinə yaradılıb". 

Ziyəddin Əliyev şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasiminə gələn ailə üzvlərinə bir daha başsağlığı verərək onun xatirəsinin dövlət səviyyəsində uca tutulacağını deyib. Şair Ramiz Qusarçaylı Məhərrəm İbrahimova həsr etdiyi şeirini oxuyub.  
Quba rayon ağsaqqallar şurasının sədri İldırım Məmmədov, jurnalist Aytəkin Alxaslı, rayon İH-də fəaliyyət göstərən ictimai şuranın sədri Laçın Səfərəliyev çıxışlarında Məhərrəm İbrahimovun peşə fəaliyyətini yerinə yetirərkən qəhrəmancasına həlak olmasından danışıblar.  

Məhərrəmin böyük qardaşı, jurnaist Əsgər İbrahimov qardaşının xatirəsini uca tutan hər kəsə, xüsusən Ziyəddin Əliyevə öz təşəkkürünü bildirib. O, qardaşı Məhərrəmin döyüş bölgəsində və müharibədən sonra hərbi jurnalist kimi səmərəli fəaliyyət göstərdiyini deyib.

O, düz 40 il bundan əvvəl Göyçədə doğulan Məhərrəmin Göyçə həsrətilə həyatdan köçdüyünü dilə gətirib:

"Məhərrəm işğaldan azad olunmuş bütün rayonlarda oldu. Şuşada, Cəbrayılda, Kəlbəcərdə oldu, amma 50 km aralıda yerləşən Göyçəyə gedə bilmədi. Amma təsəllimiz odur ki, Məhərrəm və Sirac zəfərimizi gördülər".  

Məhərrəmin bacısı Sevda İbrahimova da qardaşının xatirəsinin Qubada anılmasını, onun 40 yaşının Qubada qeyd edilməsini çox müsbət qiymətləndirib və əziyyəti keçənlərə minnətdarlıq edib.
Sonda şəhid jurnalist Məhərrəm İbrahimovun xatirəsinə Qubada məktəblilər arasında keçirilən şahmat yarışının qalibləri mükafatlandırılıb.  

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO