Şuşada yeddi qazanxananın tikintisinə başlanıldı

Şuşada yeddi qazanxananın tikintisinə başlanıldı

Hazırda oxunan: Şuşada yeddi qazanxananın tikintisinə başlanıldı

69792

Şuşa şəhərində yeddi qazanxananın tikinti işlərinə başlanılıb. 

Bizim.Media xəbər verir ki, bunu “Azəristiliktəchizat” ASC sədrinin vəzifələrini müvəqqəti icra edən İlham Mirzəliyev deyib. 

O bildirib ki, müxtəlif təyinatlı 16 binanın daxili istilik təchizatı yenidən qurulub:

“Hazırda altı qazanxana, 20-yə yaxın obyekt fasiləsiz olaraq istiliklə təmin edilir. Binalardan biri icra hakimiyyətinin inzibati binası olduğu üçün əsaslı təmir işləri aparılır”. 

İlham Mirzəliyev onu da qeyd edib ki, Şuşa şəhərində qaz yanacağından istifadə edilməsi nəzərdə tutulmadığı üçün qazanxanaların altısı elektrik enerjisi ilə, biri isə dizellə işləyir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO