"8-9-cu siniflərdə oxuyan qızlar da narkotik aludəçisinə çevrilib" - Naqif Həmzəyev 

Hazırda oxunan: "8-9-cu siniflərdə oxuyan qızlar da narkotik aludəçisinə çevrilib" - Naqif Həmzəyev 

69789

"Narkomaniyanın cəmiyyətə, ailələrə vurduğu ziyan günü-gündən artır. Elə məhz boşanmaların, ailədaxili şiddətin, qətllərin çoxu da narkomaniya ilə bağlıdır. Baxmayaraq ki, istər dünyada, istərsə də ölkəmizdə narkomaniya ilə ciddi mübarizə aparılır".  

Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Naqif Həmzəyev Milli Məclisin bu gün keçirilən plenar iclasında səsləndirib.

Deputat bu mənfi tendensiyanın məktəbyaşlı uşaqlar arasında genişlənməsi həyəcan təbili çalmağa əsas verdiyini də qeyd edib: 

"Narkomaniya artıq cavanlaşaraq 13-14 yaşlı uşaqlara da keçib. Məktəblilər arasında narkotikə meyl edənlər az deyil. Araşdırmalara görə, 8-9-cu sinifdə oxuyan qızlar da narkotik vasitələrin aludəçisinə çevriliblər. Narkomaniya ilə mübarizə günü-gündən güclənməlidir. Təbliğat kampaniyaları aparılmalıdır. Çünki bu gün narkomaniyaya barmaqarası yanaşmaq gələcəyimizin, övladlarımızın məhvi deməkdir. Daha sağlam həyat üçün narkomaniyaya hamılıqla “yox” deməliyik". 

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO