"Qarabağda narkotik bitkilərin becərilməsi davam etdirilir" - Millət vəkilindən AÇIQLAMA 

Hazırda oxunan: "Qarabağda narkotik bitkilərin becərilməsi davam etdirilir" - Millət vəkilindən AÇIQLAMA 

69781

“Sülhməramlıların nəzarətində olan ərazilərdə yenə də narkotik plantasiyalar fəaliyyətdədir”.  

Bizim.Media xəbər verir ki, bunu deputat Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.  

Deputat qeyd edib ki, narkotik mənbələrin tapılıb qarşısının alınması çox vacibdir: 

"Torpaqlarımızın işğal dövründə ermənilər orda narkotik bitki əkib becərirdilər. Hətta azərbaycanlı əsirlərdən işçi qüvvə kimi istifadə edirdilər. Düzdür, hazırda əsas iş ərazilərin minalardan təmizlənməsidir. Lakin qeyd etmək lazımdır ki, ermənilər bu 30 ildə narkotik dövriyyəsi ilə məşğul olublar. 

Hətta bildiyim qədəri ilə sülhməramlıların nəzarəti olan ərazilərdə yenə də plantasiyalar fəaliyyətdədir".  
Məhz buna görə, beynəlxalq təşkilatlara müraciət etməli və bu dövriyyənin qarşısını almalıyıq". 

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO