Təhsil krediti ilə bağlı 4 əsas MƏHDUDİYYƏT – Kənddə yaşayanlar niyə ala bilmirlər?

Təhsil krediti ilə bağlı 4 əsas MƏHDUDİYYƏT – Kənddə yaşayanlar niyə ala bilmirlər?

Hazırda oxunan: Təhsil krediti ilə bağlı 4 əsas MƏHDUDİYYƏT – Kənddə yaşayanlar niyə ala bilmirlər?

69780

"Biz təhsil kreditlərinin verilməsinə başlanılmasını yüksək qiymətləndiririk. Amma həmin qaydada bir sıra məhdudiyyətlər var. Həmin məhdudiyyətlər təhsil-tələbə kreditlərinin əlçatanlığını xeyli azaldır". 

Bizim.Media xəbər verir ki, bunu deputat Əli Məsimli parlamentdə çıxışı zamanı deyib. 

Deputat təhsil-tələbə krediti ilə bağlı 4 əsas məhdudiyyəti diqqətə çatdırıb: 

Birincisi, bir sıra ölkələr ödənişsiz təhsil sisteminə üstünlük verirlər, ödənişli təhsil olan əksər ölkələrdə isə təhsil kreditlərinin verilməsinə tətbiq edilən faizlər çox aşağıdır. Bəzi ölkələrdə təhsil kreditləri faizsiz verilir. Digərlərində isə kredit faizləri yalnız texniki xərcləri örtəcək həcmdə yəni 1-2 faizdir.Təhsil kreditlərinə orta səviyyəli faiz tətbiq edən ölkələrin bir hissəsi faiz dərəcəsini aşağı salmağa başlayıblar. Bizdə təklif olunan standart kreditlər üçün 6 faiz tələb edilməsi kreditin əlçatanlılığına ciddi maneə olacaq.

Tələbə krediti qaytaranda aldığı puldan 2 dəfə çox pul ödəməli olacaq.  Ona görə də sosial xarakterli kreditlərin faiz dərəcəsini 2 faizdən 1 faizə, standart kreditlər  üçün fazi dərəcəsinin 6 faizdən 3 faizə endirilməsini zəruri hesab edirik.   
İkincisi, adına kiçik torpaq sahəsi olanlar ünvanlı dövlət sosial yardım ala bilmirlər.Bunun  Təhsil Tələbə Kreditinə də tətbiq edilməsi on minlərlə kənddən  çıxmış imkansız gəncin sosial xarakterli təhsil krediti almaq yolunu bağlayır. Kənd təsərrüfatı məhsulu istehsalçılarının böyük əksəriyyətinin ailəsində adambaşına gəliri 200 manatlıq ehtiyac meyarından çox-çox aşağıdır.

Ona görə də təhsilin hamı, xüsusilə də əhalinin aztəminatlı təbəqələrindən olan şəxslər üçün əlçatanlığının təmin edilməsi, təhsildə bərabər imkanların yaradılması və təhsilin əhatə dairəsinin genişləndirilməsi üçün sosial xarakterli təhsil tələbə kreditlərinin verilməsində aztəminatlı ailə, yəni orta aylıq gəlirləri hər bir ailə üzvü üçün 200 manatlıq  ehtiyac meyarının məcmusundan aşağı olan ailədən çıxmış tələbələr  əsas götürülməlidir.   

Üçüncüsü, ali məktəbə daxil olanların topladıqları balların strukrundan çıxış etməklə demək olar ki, kreditlərin verilməsi üçün qoyulan 300 ballıq minimal bal tələbi xeyli tələbəni təhsil kreditindən faydalanmaq imkandan məhrum edir.

Çünki ali məktəbə daxil olan tələbənin 300-dən yuxarı balları olsaydı elə dövlət sifarişi olan ixtisaslara qəbul olardılar, yəni 300-dən aşağı balı olanlar elə ödənişli əsaslarla təhsil almağa məcbur olublar.
Ona görə də ali məktəbə daxil olanlara tələbə krediti üçün müəyyən olunan bal həddi məhdudiyyətin götürülmsini vacib hesab edirik.  

Dördüncüsü, bizim hazırladığımız Təhsil kreditləri haqqında qanun layihsində əsas təhsil xərclərini ödəməkdən ötrü verilən kreditlərlə yanaşı,borcalanın təhsil aldığı müddətdə mənzil kirayəsi, yemək, tədris materialları, elmi-tədqiqat və araşdırma, nəqliyyat və s. əlaqədar xərclərini ödəməkdən ötrü də kredit verilməsi nəzərdə tutulmuşdu. Azərbaycan reallıqlarında bu məsələnin böyük aktuallığını nəzərə alaraq gələcəkdə tələbənin əlaqədar xərclərinin kreditlə qarşılanması  məsələsinə də diqqət yetirilməsini zəruri hesab edirik".  

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO